Yuxarı

Dünyanın ən böyük kitabı açılacaq - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bu günədək nəşr edilmiş ən böyük kitabı oxumaq üçün açılacaq.

Axar.az xəbər verir ki, bu kitab Bolqariyanın muzey-qoruğunun mərkəzi zalında saxlanılam Qurandır. 2011-ci ildə Ginnesin Rekordlar kitabına düşən bu nadir nüsxə əvvəlcə, 21 may 2012-ci ilədək Kazandakı Qul Şərif məscidində saxlanılırdı.

Kitab "Belıy qorod" (Rusiya) nəşriyyatı və Vatikan mətbəəsinin birgə layihəsidir, Tatarıstan tarix və mədəniyyət abidələrinin yenilənməsi Respublika fondunun sifarişi əsasında hazırlanıb. Dünyadakı ən böyük Quranın kütləsi - 800 kq, qalınlığı – 25, eni – 1,5 sm, hündürlüyü isə - 2 metrdir. Planetin nəşr olunmuş ən böyük kitabının 632 səhifəsindən hər biri 250 qr-dır. Mətn metal torla möhkəmləndirilmiş Şotlandiya istehsallı kağız üzərində xalis qızılla basılıb. Üz qabığının bəzədilməsində gümüş, firuzə, yəşəm daşı, topaz, avantürin (kvarsın bir növü – red.), malaxit lövhələrdən istifadə olunub. Qiymətli daşların ümumi çəkisi 300 kq-dır.

Vatikan mətbəəsinin baş direktoru N.Brataşevetsin sözlərinə görə, kitab hazırda düzgün vəziyyətdə saxlanılmır, bu isə onun keyfiyyətinə zərər gətirə bilər. "Belıy qorod" nəşriyyatının baş direktoru K.Çeçenev isə söz verib ki, yaxın günlərdə kitabı oxumaq üçün açacaqlar və bunun üçün xüsusi postament də hazırlanacaq. Qeyd edək ki, kitabın səhifələrini çevirərkən ona ziyan vurmamaq üçün bir-birindən müəyyən məsafədə dayanmış 4-6 nəfər eyni zamanda hərəkət etməlidir.

Tarix
2014.08.15 / 02:40
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla