Yuxarı

Hansı telefonların ölkəmizə girişi qadağandır? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyadan qonaq gəlmiş qardaşımın hədiyyə etdiyi mobil telefonu qeydiyyatdan keçirmək üçün dünən Mobil Cihaz Qeydiyyatı Sisteminə müraciət etdim. Mərkəzdə məni mədəni qarşılayıb pasport məlumatlarımı və telefonun məlumatlarını yazdılar".

Problemini Axar.az-a danışan tanınmış qələm sahibi, ədib Məti Osmanoğlu bildirdi ki, müraciətindən bir gün sonra MCQS-dan SMS vasitəsilə onun mobil cihazının qeydiyyata alınmadığı məlumatını veriblər.

Bu məsələ son vaxtlar aktual olduğundan, biz də yaranan sualları cavablandırmağa çalışdıq.

Evdən də qeydiyyat mümkündür

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparıcı məsləhətçisi Zakir Qasımov Axar.az-a bildirdi ki, mobil qurğuların qeydə alınması Nazirlər Kabunetinin 2011-ci il dekabrın 28-də təsdiq etdiyi "Mobil cihazların qeydiyyatının aparılması Qaydası" ilə tənzimlənir:

"Həmin sənəddə ölkəyə xaricdən gətirilən mobil cihazların hansı formada qeydiyyata alınması göstərilib. Vətəndaşlar ərizə ilə MCQS-ya və ya hər hansı mobil operatorun xidmət mərkəzlərinə müraciət edərək xaricdən aldıqları telefon və digər cihazları asanlıqla qeydiyyata aldıra bilərlər. Eyni zamanda evdən çıxmadan "Elektron hökumət portalı"nda da bu prosesi həyata keçirmək olar".

Ölkələrə yox, şirkətlərə qadağa qoyulub

Qeyd edək ki, NK-nın təsdiq etdiyi qaydalar saxta mobil qurğuların ölkədə istifadəsinə imkan vermir. Belə ki, Beynəlxalq GSM Assosiasiyasında İMEİ kod alaraq qeydiyyatdan keçməyən şirkətlərin istehsal etdiyi cihazlar Sistemə qəbul olunmur. Məsələn, Almaniyada qeydiyyatdan keçərək İMEİ kod alan istehsalçının məhsulları asanlıqla qəbul olunur. Lakin ondan xəbərsiz həmin kodu qeyri-qanuni yolla əldə edərək başqa bir ölkədə eyni markalı mobil cihazları istehsal edirlər. Həmin şirkətlərin İMEİ kodları Beynəlxalq GSM Assosiasiyasında qeydiyyatdan keçmədiyindən onların ölkəmizdə istifadəsi də qadağan edilib. Məhz bu səbəbdən əhali arasında belə bir fikir formalaşıb ki, bəzi şərq ölkələrindən gətirələn mobil qurğular Azərbaycana buraxılmır.

Bunun yalnış fikir olduğunu vurğulayan Z.Qasımov konkret hansısa ölkəyə deyil, saxta istehsalla məşğul olan şirkətlərə qadağa qoyulduğunu deyib.

M.Osmanoğlunun qaldırdığı problemə gəlincə, Z.Qasımov məsələnin araşdırıldığını bildirərək qeyd etdi ki, yazar ərizəsində mobil telefonun modelini yanlış qeyd etdiyindən, onun müraciəti mənfi cavablandırılıb.

Z.Qasımov bu məsələdə də müraciət edənlərin diqqətli olmasının vacibliyini vurğuladı və ədibin yenidən quruma müraciət etməsini məsləhət bildi.

Onu da vurğulayaq ki, "Mobil cihazların qeydiyyatının aparılması Qaydası" satış məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatını da nəzərdə tutur. Sənədə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslərin məlumatları qeydiyyat mərkəzi tərəfindən 3 iş günü ərzində araşdırılır və Dövlət Gömrük Komitəsindən MCQS-ya elektron formada göndərilən İMEİ nömrələri ilə müqayisə edilir. Sənədlərdə çatışmazlıq olmadıqda, təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə İMEİ kodlar dərhal ağ səhifəyə daxil edilir və bu barədə ərizəçiyə yazılı məlumat verilir. Abunəçilər mobil cihazların qeydiyyata alınması və digər məsələlər barədə məlumatları qeydiyyat mərkəzinin internet informasiya ehtiyatından da əldə edə bilərlər. Həmin internet informasiya ehtiyatında İMEİ nömrələrinin qeydiyyatda olub-olmaması yoxlanıla bilər.

Tarix
2014.08.13 / 22:25
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla