Yuxarı

AGBankda qızıl maxinasiyaları – Məhkəmə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bankların problemli kreditlərlə bağlı məhkəmə çəkişmələri daim gündəmdədir. Bu dəfə "Azəriqazbank"ın (AGBank) "borc əməliyyatı"ndan Bakı sakini Həsən Məmmədhüseyn oğlu Seyidli Apellyasiya Məhkəməsinə müraciət edib.

Bu barədə "Axar.az"a məlumat verən H.Seyidli bildirib ki, 2010-cu ilin yanvar ayında AGBankdan 10 min 300 ABŞ dolları məbləğində kredit götürüb. Bunun 4 min dollarını bank müştərinin əvəzinə qoyduğu qızıllara görə yerindəcə geri alıb:

"2010-cu il yanvarın 8-də imzaladığımız müqavilə ilə "AGBank"ın Sumqayıt filialından kredit götürdüm. Bank həmin pulu qızıl əşyalarının girov qoyulması şərti ilə verirdi. Mənim qızılım olmadığına görə təklif etdilər ki, sənin əvəzindən qızılı biz qoyaq, sən də pulunu ödə. Mən də razılaşdım. Dəyəri 9 min 364 dollar olan qızıl-zinət əşyalarını girov qoyduqlarını bildirdilər və həmin pulun 4 min dollarını yerindəcə məndən aldılar. Bu barədə sənədlər var. Ancaq adıma sənədləşdirilən qızılları mən görmədim".

Qeyd edək ki, H.Seyidlinin apellyasiya şikayətinə dünən hakim Saqi Məmmədovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində baxılıb. "AGBank"ı məhkəmədə təmsil edən nümayəndə müştərinin adına girov kimi rəsmiləşdirilən həmin qızılların saxta olduğunu etiraf edib. Buna görə hakim məsələnin növbəti iclasda araşdırılacağını elan edərək prosesi təxirə salıb.

Götürdüyü kreditin 3 min dollarını hissə-hissə geri qaytaran Həsən Seyidli ötən ilin fevralında bankdan xəbərdarlıq alıb. "AGBank"ın problemli aktivlərin idarə edilməsi üzrə baş direktoru Rizvan Baxşıyevin imzası ilə göndərilən sənəddə kreditin 2009-cu ildə götürüldüyü (halbuki kredit 2010-cu ildə götürülüb) və müştərinin banka faizlərlə birgə 35 min 187 dollar borcu olduğu bildirilib.

Həmin məbləğ 5 gün müddətində ödənilmədiyindən bank Nizami Rayon Məhkəməsində borc iddiası qaldırıb.

H.Seyidli bildirir ki, onun xəbəri olmadan məhkəmə "araşdırma aparıb" və 22 iyul 2013-cü ildə hakim İmran Burcayevin qərarı ilə iddia qismən təmin edilib. H.Seyidlinin faizlərlə birgə 11 min 310 dollar ödəməsi tələb edilib.

Borcun qəsdən şişirdildiyini deyən H.Seyidli məhkəmənin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib:

"Nizami Rayon Məhkəməsində qətnamə mənim iştirakım olmadan qəbul edilib. Sübutlar birtərəfli qaydada olub. Mənə məhkəmə bildirişi verilməyib. Eyni zamanda, həm iddia ərizəsində, həm də qətnamədə göstərilən məbləğ mənim götürdüyüm kreditin qalığından qat-qat artıqdır. Üstəlik, əlavə birillik faizlər hesablanıb. Bunların ləğv olunmasını tələb edirəm".

Apelyasiya məhkəməsi hazırda davam edir.

Tarix
2014.01.23 / 22:00
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla