Yuxarı

Nəqliyyat tarifləri dəyişib - Statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ilin dekabrında nəqliyyat və poçt tarifləri indeksi noyabr ayına nisbətən 0,3 faiz artıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,7 faiz aşağı düşüb.

Rabitə tarifləri noyabr ayı ilə müqayisədə 6,5 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 1,4 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən "Axar.az"a daxil olan məlumata görə, ötən ilin dekabr ayında dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 16,9 faiz bahalaşıb.

Hava nəqliyyatında sərnişindaşıma tarifləri MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 3,5 və 8,9 faiz bahalaşmış, yükdaşıma tarifləri isə eyni səviyyədə qalıb.

Dekabr ayında dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 2,3 faiz bahalaşmış, yükdaşıma tarifləri dəyişməyib. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tariflərində dəyişiklik baş verməyib.

Tarix
2014.01.23 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla