Yuxarı

Əxlaqsız yuvası təşkil edən bağça müdiri tutuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evində əxlaqsızlıq yuvası təşkil etməklə pul qazanan Tərtər şəhər sakini, 1958-ci il təvəllüdlü İzahət Bəhram qızı Axundova saxlanılıb.

Məlum olub ki, o, Tərtər rayon sakini 25 yaşlı Pərvin Tağızadəni və Bərdə rayon sakini Vəfa Qocayevanı öz evində gəlir əldə etmək məqsədi ilə müəyyən məbləğ qarşılığında kişilərə təklif edib.

Aparılan əməliyyat tədbirləri zamanı İzahət Axundovanın evində qızlarla bərabər Anar Hüseynov və Tofiq Həsənov adlı şəxslər də yaxalanıb.

Tərtər rayon Polis Şöbəsində aparılan dindirilmələr zamanı qızlar öz ifadələrində deyiblər ki, oğlanlarla görüşmələri müqabilində hər birinə 50 manat məbləğində pul verilib.

Tərtər rayon Polis Şöbəsindən isə bildirilib ki, İzahət Axundova Anar Hüseynov və Tofiq Həsənovdan 250 manat pul alıb. Həmin puldan qızlardan hər birinə 50 manat verib. Qalanını özünə götürüb.

Araşdırmalar zamanı o da məlum olub ki, evində əxlaqsız yuvası təşkil edən İzahət Axundova rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarından birinin müdiridir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (EL TV).

Tarix
2014.01.23 / 10:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla