Yuxarı

ORT: “Bölgədə üçüncü dünya savaşı oyunu gedir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın dövlət televiziyası olan "I Kanal" bu həftə "Xəbərlər" proqramında ABŞ-ın "Böyük Orta Şərq Layihəsi" çərçivəsində bölgədə Kürdistan xəritəsinin yaradıldığını iddia edib.

"Axar.az" xəbər verir ki, kanalın PKK düşərgələrinə girən jurnalisti Yevgeni Baranov KCK terror təşkilatının İdarə Heyətinin sədri Cəmil Bayıkdan da müsahibə alıb. Bayık Türkiyənin Baş naziri R.T.Ərdoğanın Suriya mövzusunda çox böyük səhv buraxdığını iddia edib:

Ərdoğan Suriya macərası ilə ölümcül səhv buraxıb

"Ərdoğan Suriya macərasına atılmaqla ölümcül səhv buraxdı. O, Vaşinqtonun təşviqlərinə güvəndi və özünü Suriyadakı iki milyonluq kürdün taleyini yazan şəxs kimi görməyə başladı. Ancaq bunun əvəzinə artıq öz kreslosunu qorumağı və bu kreslonu qoruya bilməsə, Türkiyənin başına nələr gələcəyi ilə bağlı mövzuları düşünmək məcburiyyətində qaldı".

Onurğa sütunu Kürdistan olacaq

"Bizə görə bölgədə üçüncü dünya savaşı oyunu gedir. Çağdaş kapitalizm sistemini təmsil edən Qərb Orta Şərqin xəritəsini yenidən cızmağa çalışır. Çünki bu bölgə artıq onların xeyrinə deyil. Əgər dünyanı insan orqanizminə bənzətsək, onurğa sütunu Orta Şərq olacaq. Və əgər Orta Şərqi insan orqanizminə bənzətsək, onurğa sütunu Kürdistan olacaq".

Tarix
2014.01.21 / 15:56
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla