Yuxarı

Türk jurnalist 1990-da Bakıya hansı yolla vә nә üçün gәlib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakıdan deportasiya ediləndə çəkdiyim şəkilləri növbəti gün qəzetdə verdik".

Bu sözləri 1990-cı ilin 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı APA-ya verdiyi açıqlamada tanınmış Türkiyə jurnalisti Murat Arvas deyib.

1980-ci illərin sonlarında "Türkiyə" qəzetinin Moskvadakı təmsilçisi olan Murat Arvas 20 yanvar 1990-cı ildə sovet tanklarının Bakını işğal etməsindən sonra "Türkiyə" qəzetinin əməkdaşı kimi Bakıya gedib xəbər və fotolar göndərmək təlimatı aldığını deyib. Moskvadakı azərbaycanlılarla əlaqə yaradaraq Bakıya getmək üçün planlar hazırlayan Murat Arvas 1990-cı il fevralın ortalarında baş tutmuş səfəri barədə bunları bildirib: "Azərbaycan Xalq Cəbhəsinin Moskvadakı adamları Bakıya getməyim üçün mənə sovet pasportu düzəltdilər. Dedilər ki, paltarını da dəyişdir, səni sovet adamına oxşadan paltarlar geyin. Təyyarə ilə Bakıya gedib "Azərbaycan" otelinə yerləşdim. Gecə yarısı Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları qapımı döyüb məni sorğu-suala çəkdilər, sonra o vaxtkı "Moskva" otelinin yaxınlığında yerləşən DTK binasına apardılar. Orada Bakıya hansı məqsədlə gəldiyimi, xəbər və fotolar hazırlayıb-hazırlamadağımı soruşdular. Səhər tezdən məni DTK binasından çıxarıb aerporta tərəf aparırdılar, saat 11-də Moskvaya uçan təyyarəyə mindirib Azərbaycandan deportasiya edəcəkdilər. Maşın Azadlıq meydanının qabağından keçəndə məni aparanlardan xahiş etdim ki, xatirə üçün oradakı rus tanklarının şəkillərini çəkmək istəyirəm. İcazə verdilər, tankların üstünə çıxıb şəkillər çəkdim, mənim də şəkillərimi çəkdilər. Bu, mənə hava və su kimi lazım idi. Daha sonra saat 11-dəki təyyarə ilə məni Azərbaycandan Moskvaya deportasiya etdilər. Moskvadan "Rus tankları Bakıda" adlı xəbər yazdım, fotoları da əlavə edib İstanbula- "Türkiyə" qəzetinə göndərdim, növbəti gün xəbər və fotolar qəzetdə çıxdı. Bu, Türkiyə mətbuatında rus ordusunun Bakını işğal etməsini göstərən ilk fotosessiya oldu".

Daha sonra akkreditasiya yerini Azərbaycana dəyişdirən Murat Arvas 1990-96-cı illər arasında "İhlas" Xəbər Agentliyi və "Türkiyə" qəzetinin Azərbaycandakı təmsilçisi olub. Arvas, Qarabağ müharibəsinin Türk və dünya mətbuatında işıqlandırılması üçün mühüm işlər görüb.

Tarix
2014.01.20 / 20:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla