Yuxarı

ATV telekanalının üzü 2013-cü ilin gözgüsündə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV telekanalına "İlin şirkəti" milli mükafatı təqdim olundu. Bu mükafat intensiv inkişaf edən maliyyə şaffaflığı və informasiya açıqlığı ilə beynəlxalq standartları təbliğ edən şirkətlərə ünvanlanır, 2000-ci ildə nüfuzlu işgüzar jurnal olan "Konsaldinq Biznes" tərəfindən təsis edilib və hər ilin sonunda təqdim olunur.

ATV telekanalının 2013-cü ildəki efir fəaliyyəti müsbət tendensiyalarla zəngin oldu. Belə ki, telekanalın efir səbətində 2012-ci ildən başlayan bir sıra yeniliklər və köklü dəyişikliklər 2013-cü ildə də davam etdi. Fikrimizcə, bu yenilik və dəyişikliklər ATV efirini izləyən istənilən insanda müəyyən pozitiv təəssüratlar yaratmaya bilməzdi. Buna görə də ATV telekanalı haqlı olaraq ilin telekanalı seçildi.

Öncə maraq üçün 2013-cü il üzrə ATV kanalının efir səbətindəki proqram və verilişləri aşağıdakı şəkildə qruplaşdıraq. Bu siyahıda tamamilə ən yeni layihələr, ilin ikinci yarısında yayımı davam etdirilən ilin yeni layihələri, köhnə layihələr, ötən ildə yayımı dayandırılmış layihələr, həmçinin ilin teleserialları öz əksini tapmışdır:

Ən yeni layihələr:

  1. Sınaq (ekstremal realiti- şou)- mədəni-maarif
  2. Zərif qəhrəman- mədəni-maarif
  3. Bu bir sirdir- mədəni-maarif ("Süfrəmiz" verilişinin yerinə, mahiyyət etibarilə eyni xarakterlidir)
  4. Maşın şou – musiqili-əyləncəli
  5. Məni yarımdan soruş – musiqili-əyləncəli

İlin ikinci yarısının yeni layihələri:

  1. Sağlam olun – (IV-V günlər, saat: 10.30) – mədəni-maarif
  2. Big Şou və ya Bığ şou– (IV gün, saat: 22.00) – musiqili-əyləncəli
  3. Fort-Boyard – (V gün, saat:22.00) – mədəni-maarif
  4. Bir xəstənin tarixçəsi – (VI gün, saat: 14.20) – mədəni-maarif
  5. Qorxma, mən səninləyəm - (Prodakşn məhsulu - I gün, saat: 22.00) – musiqili-əyləncəli
  6. Günlərin bir günü - ( III gün, saat: 22.00) – mədəni-maarif
  7. Türkvizion – (VI gün, saat: 19.30) – musiqili-əyləncəli
  8. Texnopark – mədəni-maarif
  9. Mohito – musiqili-əyləncəli

2013-cü ilin yeni layihələri:

  1. ATV şərhsiz - (I-V günlər)- informasiya
  2. ATV Aktual – (I-V günlər)-analitik-informasiya
  3. ATV Olay- (I-V günlər)informasiya
  4. Nə Xəbər – (I-V günlər)publisistik
  5. ATV Gündəm – (VI gün)analitik-informasiya
  6. Sitatın Sonu – (VI gün)publisistik
  7. İsti izlər – (bazar, saat: 00.00)-informasiya
  8. Turne – (bazar, saat: 09.30) – mədəni-maarif
  9. Alma almaya bənzər –– şou-biznes
  10. Özünə bax –– mədəni-maarif
  11. Dəyişirəm tv şou – əyləncəli
  12. Dörd çarx – mədəni-maarif
  13. Nə varsa ("Şən bazar"-ın yeni adı)- musiqili-əyləncəli
  14. "Səfərin ailəsi"- əyləncəli yumor verilişi

2013-cü ildə yayımı dayandırılmış layihələr:

  1. LG Bilik Akademiyası –uşaq verilişi
  2. Tanıdım səni- musiqili-əyləncəli
  3. Sən və Mən –– şou-biznes
  4. Necə varsa – şou-biznes
  5. Sönməyən ulduzlar – mədəni-maarif
  6. Qrup №1 –musiqili-əyləncəli
  7. Süfrəmiz- mədəni-maarif
  8. Gülmək qadağandır – musiqili-əyləncəli

2013-cü il boyu yayımı davam etdirilən köhnə layihələr:

  1. ATV Xəbər - informasiya
  2. Həftə sonu - (hər bazar)-analitik-informasiya
  3. Səni axtarıram - (bazar)publisistik-tolk-şou
  4. 10 yaş cavanlaş- mədəni-maarif
  5. Avto time- mədəni-maarif
  6. ATV maqazin – şou-biznes
  7. Şarm – mədəni-maarif
  8. 10-lar – şou-biznes
  9. ATV Səhər – (I-V günlər)-informativ
  10. Çox Yaşa – (I-III günlər, saat: 10.30)- mədəni-maarif
  11. Gün keçir - (I-V günlər, saat: 14.20) – şou-biznes
  12. Texnopark –mədəni-maarif
  13. Ümid var - (I-V günlər)- realiti tolk-şou
  14. Bozbaş pikçərs - əyləncəli-yumor

2013-cü ilin teleserialları:

  1. "Pərvanələrin rəqsi"
  2. "Son hədd"
  3. "Məhkumlar"
  4. "Həkimlər"
  5. "Kabusun kölgəsi"
  6. "Ləkə" – (V günlər, saat: 19.00 və təkrarı gecə saat 02.50)
  7. "Bacanaqlar" – (şənbə günü saat 13.00)
  8. "Sonuncu fəsil" – (I günlər. Saat: 19.00 və təkrarı gecə saat 02.30)
  9. "Çaqqal nəfəsi" – (II günlər, saat: 19.00 və təkrarı gecə saat 02.50)
  10. "Toy gecəsi" – (III günlər, saat: 19.00 və təkrarı gecə saat 02.50)
  11. "Həyat çiçəyi" – (IV günlər, saat: 19.00 və təkrarı gecə saat 02.50)

ATV telekanalı 24 saat və ana dilimizdə yayımlanır.

Telekanal 2013-cü ildə yayıma uğurlu və beynəlxalq sertifikatlı layihələrlə başladı. Efirdə "Ford Boyard" kimi dünya miqyaslı proyektin, "Böyük səhnə" və yeni "Türkvizion" layihələrinin yayımlanması və "Sınaq" ekstremal-realiti şousunun baş tutması ATV telekanalının uğuru kimi dəyərləndirilə bilər. Bu telekanalın yaradıcılıq məhsulları son iki ildə yüksək zövq və keyfiyyətiylə seçilir. Aparıcıların ümumi hazırlıq səviyyəsi, davranış və danışıq maneralarında irəliləyiş, inkişaf hiss edilməkdə, tələffüz və diksiyalarında nəzərəçarpacaq qüsurlar düzəlməkdədir.

2013-cü ilin başlanğıcından etibarən ATV telekanalının ictimai-siyasi xarakterli xəbər-informasiya, analitik-informasiya veriliş və proqramlarında ciddi və köklü dəyişikliklər baş verdi. "ATV Xəbər", "ATV Şərhsiz", "ATV Aktual", "ATV Olay". "Nə Xəbər", "ATV Gündəm", "Sitatın sonu". Telekanal adıçəkilən xəbər, informasiya və şərh proqramlarıyla 2 saatdan artıq vaxt ərzində analitik-informasiya müstəvisinə keçməklə dolğun və baxımlı informasiya efiri yaratmış oldu. Sözügedən verilişlərlə ATV cari ildəki fəaliyyətində kreativliyi, vizual və akustik cəhətləri, studiya və format dəyişiklikləri, aparıcı davranış və maneralarında yeniliklərlə fərqləndi. Aparıcıların ayaqüstə sərbəst xəbər çatdırmaları, proqramın öhdəsindən məharətlə gəlmələri diqqətdən yayınmadı. Həm texniki, həm vizual, həm də akustik yeniliklər ATV-ni yola saldığımız ildə bir addım da irəli apardı, daha baxımlı və kreativ kanal etdi.

ATV telekanalının əvvəlki illərdəki yayım səbətində xüsusilə ağırlıq təşkil edən şou-biznes verilişləri və evlilik proqramları ilə bağlı durum da köklü şəkildə dəyişildi. Belə ki, öncəki illərdə efiri süni qalmaqallar və intriqalar meydanına çevirən bayağı şou-biznes verilişləri, milli-mənəvi dəyərlərimizə zidd evlilik proqramları efirdən yığışdırıldı. Şou-biznes verilişlərinin sayı azaldıldı. Indi ATV telekanalında 5 adda ("ATV maqazin", "10-lar", "Alma almaya bənzər", "Qorxma mən səninləyəm", "Big şou") şou-biznes verilişi yayımlanmaqdadır. Hal-hazırda isə əvvəlki illərlə və 2013-cü ilin birinci yarısıyla müqayisədə şou-biznes verilişlərində kəmiyyət baxımından böyük bir dəyişiklik hiss edilməsə də, onların yayım saatının azaldılması və xarakterinin "yumşaldılması" tendensiyası baş verdi. Məsələn, "ATV maqazin""10-lar" Azərbaycan teleməkanında reytinqli şou-biznes verilişləri olaraq ATV telekanalında indi də yayımlanmaqdadır və qalmaqallardan uzaq mülayimləşmə tendensiyasına hakim olmaq üzrədir. Nəticə etibarilə şou-biznes verilişlərinin kəmiyyətində nəzərəçarpacaq azalmalar oldu, keyfiyyət və mahiyyətində ciddi dəyişikliklər hiss edildi. Efirdə seyrçini yoran şou-biznes nümayəndələrinin süni hay-küyləri və gündəmə gəlmək üçün yaratdıqları münaqişələrə yer qalmadı. Bu da müsbət hal kimi dəyərləndirilə bilər.

ATV telekanalının "ATV Səhər" proqramı 2013-cü ilin yay mövsümündən yeni start götürdü və əvvəlki buraxılışlarla müqayisədə informativ-analitik və əyləncəli xüsusiyyətli olmasıyla fərqləndi. Amma bu verilişə kölgə salan iki məqamı qeyd etməyə bilmərik. Bunlar nədən ibarətdir. Birincisi, "ATV Səhər" proqramının aparıcısının (Turan İbrahimov) bəzi hallarda diksiyasındakı səlislik və aydınlığın itməsidir. Belə ki, aparıcı bəzi söz və ifadələri tələffüz etməkdə çətinlik çəkir. Buna baxmayaraq, hadisə və faktlara münasibətdə nisbətən fəallıq göstərməsi, adekvat şərhlər verməsiylə seçilir. Ikincisi, bəzən yayım zamanı qəddarlıq, zorakılıq səhnələri açıq şəkildə nümayiş etdirilir. Belə ki, bu verilişdə dünyada baş vermiş və qeyri-adi maraq doğuran, amma insan psixikasına mənfi təsir edə biləcək hadisələr, faktlar olduğu kimi nümayiş etdirilir.

ATV telekanalında diqqət çəkən müsbət bir məqam da ondan ibarətdir ki, aylarla davam edən "ulduz yarışmaları"na ("Yeni ulduz", "Xalq ulduzu", "Şərq ulduzları") son qoyulmuşdur. Bu verilişlər, beynəlxalq səviyyəli yarışmalarda iştirak etmək üçün istedadlı gənclərin qısa zaman müddətində seçimiylə müşayiət olunan proqramlarla ("Böyük səhnə"- 2013-cü ilin birinci yarısında, "Türkvizion" isə ilin ikinci yarısında) əvəzlənmişdir.

ATV telekanalının ən uğurlu layihələrindən biri olan "Sınaq" ekstremal- realiti şousu keçən ilin son aylarında yayıma başladı. Bu veriliş əsl iradə, dözüm və ektremal şəraitlərdə davranış, çıxış yolu seçmək bacarıqlarını ortaya qoymağa xidmət edir. Bu baxımdan "Sınaq" həm yeni, həm də Azərbaycan teleməkanında ilkin proqramlardandır. Bu baxımdan ATV yenilikçi bir telekanal olmasıyla da fərqləndi.

ATV telekanalında 2013 il ərzində baş verən müsbət tendensiyalaradan biri də onun yayım səbətində mədəni-maarif xarakterli verilişlərinin say və sanbalının artması oldu: "Çox yaşa", "Zərif qəhrəman", "Özünə bax", "Bir xəstənin tarixçəsi", "Sağlam olun", "Sınaq", "Turne", "Ford Boyard", "Texnopark", "Avto time", "Şarm" və sairə kimi yeni və köhnə maarifləndirici layihələrin müqayisədə say etibarıyla çoxalması baş verdi. ATV telekanalında maarifləndirici xüsusiyyətiylə diqqət çəkən "Özünə bax" zövq müsabiqəsi Azərbaycan teleməkanında yeni bir addım kimi dəyərləndirilə bilər.

ATV telekanalında bədii filmlərin yayım göstəricisi 2013-cü il üçün ağırlıq təşkil etdi. Lakin, telekanalda il boyu yayımlanan bədii filmlərin əksəriyyəti xarici ölkə filmləri oldu. Bəzən bir gündə, gecə saatlarında olmaqla, 3-4 bədii film yayımlanır. Azərbaycan filmləri isə yalnız xüsusi günlərdə, orta hesabla iki ayda bir dəfə olmaqla efirdə yayımlandı. Ümid edirik ki, yeni ildən Azərbaycan filmlərinə ayrılan efir saatında çoxalma hiss ediləcəkdir.

ATV telekanalının efiri nöqsan və iradlardan da xali deyildir. Necə deyərlər, iş olan yerdə səhvlər labüddür. Belə ki, telekanalda sponsorların təqdimatıyla bağlı problemlər qalmaqdadır. Məsələn bir verilişdə sponsorların həddindən çox təqdim edilməsi tamaşaçını yorur. Bu hal, əsasən "Ümid var", "Gün keçir", "Çox Yaşa", "Dəyişirəm", "Səni axtarıram" kimi verilişlərdə baş verir.

Reklamlarla bağlı problemlər demək olar ki, aradan qalxsa da, bəzi hallarda şənbə-bazar günləri reklam intervallarında pozuntular nəzərə çarpır.

Zənnimizcə, yerli milli teleserialların yayımlanmasına digər respublika yayımçılarıyla müqayisədə ATV telekanalında daha çox yer ayrılır. Təkcə, keçən ilin son yayım mövsümündə ATV telekanalının efirində həftə boyu 6 adda teleserial yayımlanmışdır.

Təkcə bir il ərzində ATV efirində 11 adda yerli teleserialın yayımlanması və nümayişi prodakşnların da bu telekanala maraqlı olduqlarının göstəricisidir.

ATV telekanalında ciddi sosial mövzuların çözümünə həsr edilmiş verilişlərin sayı da artmışdır. "Ümid var", "Səni axtarıram" bu tipli verilişlərdəndir. Amma, ötən il ərzində bəzən "Ümid var" verilişini reytinq xatirinə sosial qalmaqallar müstəvisinə çevirmə halları da baş vermişdir. Xüsusilə, sosial problemlərin həllinə cəhddə, verilişə dəvət olunan ekspert qrupunun üzvlərinin özlərinin bəzi hallarda qeyri-etik davranışları (söyüş, ədəbsiz ifadələr vs.), problemli insanların bəzən ədəbsiz davranış maneraları, danışıqları verilişə kölgə sala bilir. Bu verilişə ekspert qismində daha çox aktyor və aktrisalar dəvət olunur ki, onlar da özlərinin artistlik "məharət"lərindən istifadə etməklə efirdə müəyyən isterik situasiyalar yaradırlar.

ATV-nin ötən il boyu yayımlanan yumor verilişləri ("Bozbaş pikçers", "Səfərin ailəsi"), zənnimizcə, bir qədər bayağı təsir bağışlayır və bəzi hallarda ədəbsiz ifadələrlə müşayiət olunur . Bu tipli verilişlər ATV telekanalının simasına yaraşmır və yamaq kimi görünür.

Musiqili-əyləncəli verilişlər sırasında olan və 2013-cü ilin ikinci yarısından etibarən mahiyyəti deyil, adı dəyişən "Nə varsa" (köhnə adı "Şən bazar") şousunun xanım aparıcısının bəzi hallarda rabitəsiz fikirləri, dəvətli qonaqlarına ünvanladığı "göydəndüşmə" sualları tamaşaçıda çaşqınlıq yaradır. Xanım aparıcının söz xatirinə söylədiyi bir çox fikirlər məzmunsuz təsir bağışlayır. İl boyu yayımlanan bu veriliş musiqili qonaqların çıxışlarıyla rəng ala bildi.

ATV efirində yayımlanan iki adda əhəmiyyətli səhhət proqramı vardır ki, bu proqramlar ötən il boyu maarifləndirmə xüsusiyyəti ilə diqqət çəkdi. Bunlardan "Çox yaşa" 2013-cü ilin əvvəlindən, "Sağlam olun" verilişi isə ilin ikinci yarısından yayımlanmaqla ciddi şəkildə tibbi maarifləndirmə funksiyalarıyla seçildi. Bununla yanaşı, sözügedən birinci veriliş ("Çox yaşa") sponsorların təqdimatındakı ifratçılığı ilə də yadda qaldı.

Söylədiyimiz xüsusiyyətləri ilə bərabər, ATV telekanalı ötən 2013-cü il boyu efirinin zənginliyi, yenilikçiliyi, analitik informasiya bolluğu ilə fərqləndi və yuxarıda sadaladığımız çoxluq təşkil edən müsbət tendensiyalarıyla baxımlı bir telekanal olaraq fəaliyyət göstərdi. Bütün bunların yekunu olaraq isə "İlin televiziya şirkəti" seçildi. Bu münasibətlə ATV telekanalını təbrik edirik. Uğurlar olsun, ATV!

Tarix
2014.01.18 / 17:00
Müəllif
Həyat
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla