Yuxarı

O, qorxulu filmlərin qəhrəmanına bənzəyir - VİDEO +16

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ gənc idi. Yenicə ailə həyatına başlamışdı. Ailəsi ilə birlikdə xoşbəxt həyatına davam edirdi ki, nadir xəstəliklərdən hesab edilən burun sümük çürüməsinə rast gəldi. Bir müddət xəstəliyi ciddiyə almayan Doni qısa zamandan sonra burnunun hədsiz göyərdiyini və orada ciddi çürümə getdiyini hiss etdi. Həkimlərə müraciətindən sonra çox pis cavab alması ona qəti qərar verməyin vacibliyini anlatdı. Həkimlər onu iki vacib şərt ilə üz-üzə qoydular. Ya burnundan imtina edəcəkdi, ya da çürümə bədəninə yayılıb, onu zamanla həyatı ilə vidalaşdıracaqdı. Uzun düşünən Doni çətin də olsa, burnundan imtina etməyi seçdi.

Əməliyyat olunan Doni burunsuz yaşamağın acılarına dözmək məcburiyyətində idi. O, müsahibəsində belə demişdi: "Küçəyə çıxanda insanlar üzümə qəribə baxışlarla baxıb, kənara çəkilirlər. Hələ uşaqlar məni qorxulu filmlərin qəhrəmanı hesab edib, ağlayaraq analarının yanına qaçırlar. Bu mənim ürəyimi ağrıdır. Axı mən heç kimi qorxutmaq istəmirəm".

Burunsuz həyatına davam edən Doni üzündə yaranan boşluğun çətinliyini qidalanarkən də yaşayır. Belə ki, üst çənə aparatının istifadəsində çətinlik yaşayan Doni yeməkləri çox vaxt barmaqlarının vasitəsilə çeynəyir.
Bir müddətdən sonra çarəni protez burunlarda görən Doni üzündəki dəliyi onun vasitəsilə gizlədə bilib. O, bundan sonra heç kimin qorxulu baxışlarına tuş gəlmədiyinə görə xoşbəxt olduğunu bildirir. Amma protezlərin mikrobdaşıyıcı olması onun bir müddət müalicə almasına səbəb olmuşdu. Hər şeyə rəğmən, Doni küçəyə çıxarkən yenə də protez burundan istifadə etməyə davam etdi.

"Axar.az"ın oxucularla bölüşdüyü insan dramının ən təsirli tərəfi isə odur ki, hər şeyə rəğmən Doninin həyat yoldaşı onu tərk etməyib. Bütün çətinliklərə baxmayaraq, o, yenə də həyat yoldaşı ilə birlikdə ömrünün yerdə qalan hissəsini başa vurmağa hazırdı. Hətta Doninin israrla "məni tərk et, get, xoşbəxt ol" deməsinə baxmayaraq!

Tarix
2014.01.17 / 20:45
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla