Yuxarı

Son iki həftədə 40 edam - İranda

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki həftə ərzində İranda 40 nəfər edam edilib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "Amnesty İnternational"ın (Beynəlxalq Əfv Təşkilatı) Orta Asiya və Şimali Afrika regionu üzrə baş direktor müavini Hassibə Hac Səhravinin yanvarın 16-da yaydığı bəyanatda qeyd olunub.

Sənəddə bildirilir ki, təkcə bir həftə ərzində 33 nəfər dara çəkilib:

"İranda yalnız 2014-cü ilin ilk ayının iki həftəsində bu qədər insanın edam edilməsi böyük narahatlıq doğurur. Bu, beynəlxalq arenada imicini dəyişmək istəyən İran hökumətinin cəhdlərini mənasız edir.

Edam hər bir insanın hüququnun pozulması, onun ləyaqətini alçaldan qəddar və qeyri-insani bir cəza növüdür. Biz İran hakimiyyətindən ölkədə edamları dərhal dayandırmasını tələb edirik. Çünki təcrübə edamların sayının artmasının ölkədə baş verən cinayətlərin qarşısını almağa təsiri olmadığını göstərir".

Tarix
2014.01.17 / 20:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla