Yuxarı

Rövşən Lənkəranskinin azərbaycanlı killerinə ağır cəza

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rövşən Lənkəranskinin killeri "Axsaq Nazim" ləqəbi ilə tanınan Nazim Hümbətov 4 nəfərin qətlində ittiham edilir.

Verilən xəbərə görə, istintaq komissiyası bununla bağlı işin istintaqını yekunlaşdırıb.

İstintaqın məlumatına görə, bu şəxs R.Lənkəranskinin ştatlı killeri olub. Rusiyadakı Pokrov bazarı və digər topdansatış məntəqələrinə nazarətlə bağlı klanlar arasında "müharibədə" R.Lənkəransi Axsaq Nazimin xidmətindən istifadə edib. Moskva regionundakı meyvə-tərəvəs bazaları uğrunda müharibədə onlarla adam öldürülüb ki, onlardan bəzilərinin N.Hümbətov tərəfindən öldürüldüyü bildirilir.

N.Hümbətova qarşı Cinayt Məcəlləsinin 105 və 222-ci maddələri ilə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, 2003-cü ilin 24 sentyabrında Hümbətov Ceyhun Xəlilov da daxil olmaqla digər iki şəxsin müşayəti ilə Moskva ətrafındakı avtoservisə gedib.

Burada o, İlqar Hüseynov adlı şəxslə söhbət edib, ancaq söhbət alınmayıb. Bu zaman silahlar işə salınıb. N.Hümbətovu atəşdən qorumaq üçün onu müşayət edən Ceyhun Xəlilov özünü qabağa verib.

Bundan sonra İlqar Hüseynovun yanında olan 3 azərbaycanlıya da atəş açılıb. Nəticədə İlqar Hüseynov və onun yanındakı Məmmədov soyadlı azərbaycanlı öldürülüb. İki nəfər isə ağır yaralanıb. 2008-ci ildə Axsaq Nazim barədə axtarış elan edilib. 2012-ci ildə o saxlanılıb. Axsaq Nazimin yaxın adamı hesab edilən Ceyhun Xəlilov isə öldüyünə görə barəsindəki cinayət işi ləğv edilib (AzNews.az).

Tarix
2014.01.17 / 10:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla