Yuxarı

Mayorun həbs xəbəri təkzib edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) tədris şöbəsinin keçmiş rəisi, mayor Ramiz Fərəməzov həbs edilməsi barədə yayılan məlumatlar doğru deyil.

Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Ramiz Fərəməzov müdafiə nazirinin 26 avqust 2013-cü il tarixli əmri ilə yaşa görə Silahlı Qüvvələr sıralarından tərxis olunub: "O, mülki vətəndaşdır. Müdafiə Nazirliyinə aidiyyəti yoxdur".

Qeyd edək ki, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi AAHM-in tədris şöbəsinin keçmiş rəisi R. Fərəməzovun həbs edilməsi ilə bağlı məlumat yayıb. R. Fərəməzovun saxlanılmasının məktəbin sabiq rəisi, polkovnik Mirzəli Yusifovun həbsi ilə bağlı olduğu bildirilir.

AAHM keçmiş rəisi, polkovnik Mirzəli Yusifov bir neçə gün əvvəl Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tarix
2014.01.16 / 14:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla