Yuxarı

Nazirlik Binə yollarını düzəltməyə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binə qəsəbəsində yolların asfaltlanmasına başlanılıb.

Bu barədə qəsəbədən Axar.az-a verilən məlumata görə, bərbad vəziyyətdə olan Binənin yolları artıq təmir olunur. Sakinlər xəbər verir ki, noyabrın 8-də olan mitinqdən sonra Nəqliyyat Nazirliyi hərəkətə keçib. Hazırda Binədə mitinq keçirilən ərazidə yollar düzəldilir.

Bununla belə, Binə camaatı ara yolların, məhəllələrin təmir edilmədiyini deyərək gileylənirlər. Onların dediyinə görə, hələ də ara məhəllələr acınacaqlı vəziyyətdədir; palçıq dizə çıxıb, kələ-kötür, çala-çuxur yollardan keçmək əzabı bitməyib. Buna görə də marşrutlar ara yollardan keçmirlər. Sakinlər Binə yollarının tamamilə asfaltlanmasını istəyirlər.

Xatırladaq ki, Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərənlərdən 4 nəfər barəsində cinayət işi qaldırılıb. 11 nəfər barəsində isə inzibati həbs tədbiri seçilib.

DİN-in rəsmi saytında yayılan məlumatda bildirilir ki, noyabrın 8-də səhər saatlarında 160-170 Binə sakini yolu bağlamağa cəhd göstərib. "Cəhdin qarşısı alınarkən onlardan bir qrupu polisin haqlı tələblərinə tabe olmayaraq daş atıb, Post-Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları Xankişi Quliyevə, Elvin Ramazanova, polis kiçik serjantları Samir Bayramova və Zöhrab Hacıyevə xəsarət yetiriblər. "Fiat-Doblo" markalı iki xidməti avtomobilə ziyan vurulub".

Tarix
2014.11.13 / 12:28
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla