Ana səhifə Toplum |
Sabirabadda fərdi yaşayış evi yanıb.
Sabirabad rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə,
bu gün Sabirabad rayonunun Yolçubəyli kəndində vətəndaşa məxsus
evdə yanğın baş verib.
Sabirabad sakini, 1955-ci il təvəllüdlü Ağalarova Gülnaz Hüsən
qızına məxsus ümumi sahəsi 308 kvadratmetr olan birmərtəbəli, 6
otaq və aynabənddən ibarət evin 2 otağının tavanı 50 kvadratmetr
sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğindan Mühafizə
Xidmətinin əməkdaşları yanğını söndürüb, yaşayış sahəsinin digər
hissələri yanğından mühafizə edilib.
İlkin araşdırma zamanı məlum olub ki, ev sahibinin oğlu, 1983-cü il
təvəllüdlü Ağalarov Saleh Səmədağa oğlu yaranmış ailədaxili
mübahisədən sonra qəsdən evi yandırıb.
Polis S. Ağalarovu saxlayıb. Faktla bağlı araşdırma davam
etdirilir.
Tarix
2014.11.11 / 23:41
|
Müəllif
Axar.az
|