Yuxarı

Rusiyadan özünə təskinlik: "Neft ucuzlaşmayacaq"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Mərkəzi Bankının keçmiş sədrinin köməkçisi Oleq Vyugin ABŞ və Səudiyyə Ərəbistanının neft qiymətlərini 70-80 dollar səviyyəsində saxlamaq üçün razılaşdığını iddia edib.

Axar.az xəbər verir ki, Vyugin bu barədə razılıq əldə olunduğunu deyərək növbəti ildə neft qiymətlərinin 70-80 dollar arası dəyişəcəyini bildirib: "ABŞ bazarda liderdir. Bu səbəbdən onlar Səudiyyə Ərəbistanı ilə razılaşıb. ABŞ-ın mövcud siyasəti ondan ibarətdir ki, neft idxalını dayandırsın və daxildə neft istehsal etsin. Əslində bu, Səudiyyə Ərəbistanına dünya neftinə nəzarət imkanı verir. Neftin bir barrelinin 80 dollar olması bu ölkədə büdcə kəsrinə səbəb olmur. Önümüzdəki bir neçə il ərzində bu proses davam edə bilər. Lakin neftin qiymətinin 70 dollara düşməsi ABŞ, Səudiyyə Ərəbistanı və OPEK ölkələri üçün böyük risk yarada bilər".

Bu arada Rusiyanın İqtisadiyyat naziri Aleksey Ulyukayev isə daha ümidverici danışıb. Nazirin sözlərinə görə, neft qiymətləri 90 dollar ətrafında olacaq.

Xatırladaq ki, hazırda Rusiya neftinin bir barreli 82,3 dollar dəyərində qiymətləndirilir. Ural markalı neft isə 79,7 dollaradır. Neft qiymətlərində 1 dollarlıq geriləmə Rusiya iqtisadiyyatına illik 2 milyard dollar ziyan vurur.

Tarix
2014.11.11 / 22:37
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla