"Real" Mançester Siti"ni məğlub etdi
01:48
Ana səhifə Planet |
Rusiya Mərkəzi Bankı ölkənin valyuta ehtiyatlarının son 1 ayda 26 milyard dollar azaldığını açıqlayıb.
Axar.az xəbər verir ki, bankın hesabatına görə, Rusiyanın valyuta ehtiyatı azalaraq 428,59 milyard dollara düşüb. Valyuta ehtiyatlarının azalmasına səbəb isə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və neftin qiymətinin düşməsi göstərilib.
Qeyd edək ki, Rusiya Çin və Yaponiyadan sonra dünyanın üçüncü ən böyük valyuta ehtiyatına sahibdir. 2013-cü ilin sonunda Rusiyanın 510 milyard dollar ehtiyat fondu olub. Rusiyanın ehtiyatları dollar, avro, qızıl və qiymətli kağızlardan ibarətdir.
Tarix
2014.11.11 / 22:08
|
Müəllif
İlham Sahiloğlu
|