Yuxarı

Prezidentin məsləhətçisi nazirləri filosofluğa görə tənqid etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidentinin məsləhətçisi Nikolay Tomenko nazirlərin iş vaxtı sosial şəbəkələrdə fəlsəfi mövzularda müzakirə açmasına qarşı çıxış edib.

Axar.az RİA Novosyiyə istinadla bildirir ki, o, bu barədə "5-ci kanal"ın efirindən səslənib.

"Feysbuk, Tvitter — çox gözəl, yüksək bir şeydir, mən bunu dəstəkləyirəm, amma iş vaxtından sonra. Mən anlamıram ki, nazirlər günün günorta çağı necə asudə oturub həyat haqqında fəlsəfi düşüncələrini, oxuduqları kitablar haqqında hekayətləri sətirlərə düzürlər", - deyə Tomenko bildirib.

Onun fikrincə, nazirlər mətbuat konfransları və idarə rəisləri ilə müşavirələr keçirməyə daha çox vaxt ayırmalıdırlar.

Poroşenkonun məsləhətçisi konkret nazirlərin adlarını çəkməyib.

Qeyd edək ki, Ukrayna hökumətinin üzvləri arasında sosial şəbəkələrdə aktivliyi ilə ən çox seçilən DİN başçısı Arsen Abakovdur.

Tarix
2014.11.11 / 18:59
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla