Yuxarı

Ədliyyədə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək.

Ədliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin Müsabiqə Komissiyasından bildiriblər ki, növbəti test imtahanı noyabrın 19-da keçiriləcək. Bu məqsədlə sentyabrdan başlanmış sənəd qəbulu noyabrın 14-də başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə keçirilən imtahan aşkarlıq şəraitində vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında saat 10.00-da keçiriləcək.

Qaydalara əsasən, test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni noyabrın 17-18-də saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər. Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.

Xatırladaq ki, namizədlər üçün imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına kömək məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunub, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, imtahanın gedişi nazirliyin internet səhifəsi vasitəsilə onlayn rejimində birbaşa yayımlanacaq.

Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.

Tarix
2014.11.11 / 15:56
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla