Yuxarı

Kadırovun müavini Türkiyədə həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalya hava lımanından 12 kilo 376 qramlıq külçə qızılı Çeçenistana aparmaq istəyərkən tutulan Çeçenistan prezidentinin müavini 38 yaşlı Emruddin Edelgiriyev və onun 37 yaşlı dostu Xasan Xakimova 10 ay həbs və 5 min TL pul cəzası verilib.

Aznews.az xəbər verir ki, hadisə Antalya hava limanında 18 oktyabr 2012-ci ildə baş verib. CIP salonundan Çeçenistana getmək istəyən dostların baqajında 12 kilo 376 qram ağırlığında külçə qızıl aşkar edilib.

Diplomatik pasporta sahib olan Edelgiriyev həmin gün ölkəsinə dönüb, Xakimov isə məhkəmənin çıxartdığı qərardan sonra sərbəst buraxılıb.

Çeçenistan prezidenti Ramazan Kadırovun müavini və baş müşaviri olan Edilgiriyev ifadəsində "Qızıl dostum Xasan Xakimova aiddir. Xahiş etdi, baqaja qoydum. Türkiyəyə satmaq üçün gətirdiyi qızılı geri qaytarmaq istəyib. Mənim məlumatım bundan ibarətdir" sözlərini deyib.

Antalya 1-ci Cəza Məhkəməsi yenidən bu işə baxıb və onlara 10 ay həbs və 5 min manat TL pul cəzası verib.

Məhkəmə 12 kilo 376 qram külçə qızılın xəzinəyə təhvil verilməsini tələb edib.

Tutulan şəxslərin vəkilləri isə külçə qızılın xəzinəyə təhvil verilməsinə etiraz ediblər.

Tarix
2014.11.11 / 13:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla