Yuxarı

İcra başçısının yas qadağasına hüquqi və dini baxış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəriət kitablarında insan dünyadan köçəndən sonra ilk günlərdə onun üçün ehsan verilməsi bəyənilməz hesab olunur, məkruh sayılır".

Bu sözləri Sumqayıt icra başçısının ehsan süfrələri ilə bağlı yasağına münasibət bildirən Məşədi Dadaş məscidinin imam-cüməsi Hacı Şahin Həsənli Axar.az-ın əməkdaşına deyib və bu kimi halların mümkünlüyünü bildirib:

"İsrafçılıq həddinə çatan ehsan süfrələri dinimiz tərəfindən bəyənilmir. Dini baxımdan insan dünyadan köçdükdən sonra ona qüsl verilməli, kəfənə bükülməli, meyit namazı qılınmalı və dəfn edilməlidir. Ölən şəxs üçün dinin hökmləri bundan ibarətdir. Ona sonradan ehsan verilməsi əlavələrdir. Hətta şəriət kitablarında insan dünyadan köçəndən sonra ilk günlərdə onun üçün ehsan verilməsi bəyənilməz hesab olunur, məkruh sayılır. Bu səbəbdən bu cür məhdudiyyətlərin qoyulmasına normal yanaşmaq lazımdır. Bəzi kəndlərdə və qəsəbələrdə ağsaqqallar belə qaydalar tətbiq ediblər. Cəmiyyətdə sanki bir rəqabət yaranıb və insanlar yaxşı ehsan vermədikdə özlərini günahkar hesab edirlər. Bu ənənəni bir gündə inzibati yola aradan qaldırmaq mümkün deyil. Tədricən təbliğat və inzibati yollarla bu məsələni də nizamlamaq olar".

Hüquqşünas Ələsgər Məmmədli isə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa ilə bağlı bildirib ki, icra başçıları daxili sərəncamlarla bu cür qərar verə bilməz:

"Məhkəmə qərarı olmadan heç kimin hüquqları məhdudlaşdırıla bilməz. İnzibati üsullarla bu məsələni həll etməyə çalışmaq düzgün deyil. İcra başçısının niyyətinin xoş olduğuna şübhə etmirəm, o da istəmir ki, israfçılıq olsun və s. Ancaq bu məsələdə inzibati metoda əl atmaq olmaz".

Ələsgər Məmmədli onu da deyib ki, bu yöndə islahatı qəbir yerlərindən başlamaq lazımdır:

"Hesab edirəm ki, bu məsələyə bir kompleks halında yanaşmaq və ilk növbədə qəbir yerlərinin satılması məsələsini həll etmək lazımdır. Qəbir yerlərinin pulsuz verilməsi üçün dövlətin bələdiyyələrə tapşırığı yaxşı olardı. Daha sonra isə inzibati metodlardan daha çox, təbliğatla ehsan mərqasimlərinə müdaxilə etmək olar".

Deputat Əhməd Vəliyev isə Eldar Əzizovun məlum qərarını birmənalı dəstəklədiyini dedi:

"Məsləhət və tövsiyələrlə bu cür məsələlər həll olunan deyil. Ona görə icra başçısının addımını dəstəkləyirəm. Bu, ümumi nizam-intizamdır, qaydadır. İstənilən müəssisədə o cür nizam-intizam tədbirləri görülür. Hamının imkanı eyni deyil. İnsanlar biri digərinə baxıb deyir ki, mən də onun kimi edim və s. Hətta qanunvericiliklə tənzimlənməsə də, xalqın maraqları naminə bu cür inzibati metoddan dövlətimizin istifadə etməsinin də tərəfdarıyam".

Tarix
2014.09.01 / 17:07
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla