Yuxarı

"Məsciddə idman etmək və əsnəmək qadağandır…"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafa İlahiyyat məscidində gördüyü qəribə bir yazı barədə fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, millət vəkili məscid rəhbərliyini sərt tənqid edərək məscidin hamıya aid olduğunu qeyd edib:

"Bu gün İlahiyat camisində sütundan asılmış qəribə bir xəbərdarlıq vərəqəsi diqqətimi cəlb etdi. Təqribən məzmunu belə idi: "Camidə kənar şəxslərə əlifba dərsi keçilməsinə və söhbət halqası qurulmasına icazə verilmir". Başqa yerlərdə camilərin qapısını açırlar ki, gəlin bir şeylər öyrənin, insanlar ibadətdən başqa həm də xeyirli işlər barədə söhbətlər aparırlar ki, cəmiyyətin faydasına bir əməl ortaya qoysunlar".

Ölkəni cəhalətin bürüdüyünü deyən millət vəkili islamın düzgün təqdim olunmadığını deyib:

"Əlbəttə, yazmaq olar ki, camidə terrora çağırış, dövlət quruluşu əleyhinə təbliğat, məzhəblərarası münasibəti zədələyən təbliğat aparmaq yasaqdır, bunu hər kəs anlayışla qarşılar və doğru hesab edər. Ancaq "söhbət həlqəsi" nə deməkdir, açığı, anlaya bilmədim. Nə demək istənilir, dairəvi şəkildə deyil, ancaq kvadrat şəklində söhbət aparmaq olar? Kimsə Qurani-Kərimdən başqasına ayə oxumaq və ya öyrətmək üçün caminin imamından icazəmi almalıdır? Bəlkə yazalar ki, məsciddə idmanla məşğul olmaq və ya əsnəmək qəti qadağandır? Bu qədər möhtəşəm bir əxlaq və zəka dini olan islamı belə təqdim etməyə görə ölkəni cəhalət başına götürüb".

Tarix
2014.08.29 / 23:50
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla