Yuxarı

"Baku United" Kuboka darmadağınla başladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakılılar" avropanın güclü klublarını sıradan çıxarırlar.

Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsisçisi olduğu, İngiltərə çempionu "Baku United" klubu UEFA Futzal Kubokunun ilkin mərhələsində uğurlu çıxışını davam etdirir.

"Baku United" turnirin ilkin mərhələsində "B" qrupunda Bosniyanın "Sarayevo", İsveçin "Malmö Siti" və Qibraltarın "Qibraltar Skorpionz" klubları ilə mübarizə aparır. Oyunlar Sarayevoda keçirilir. Avqustun 27-də keçirilmiş ilk oyunda "bakılıların" rəqibi Qibraltar təmsilçisi olub. Oyun tamamilə "Baku United"in üstünlüyü ilə keçib və komandamız rəqibinə heç bir şans verməyərək 10-0 hesablı darmadağına imza atıb.

İkinci oyunda isə "Baku United" İsveç çempionu "Malmö Siti" klubu ilə görüşüb. Diqqətəlayiq haldır ki, bu oyunda da komandamız 10-0 hesabı ilə inamlı qələbə qazanıb. "Baku United"in heyətində qolları Tobe (3), Aqon (2), Marcelo, Xose Karlos, Keni, Karlos Munyoz və Poulinyo keçirib.

Hazırda B qrupuna iki oyundan altı xal toplamış "Baku United" başçılıq edir. Lakin ikinci yeri tutan Bosniya çempionu "Sarayevo"nun da altı xalı var. Beləliklə, qrupdan əsas mərhələyə çıxmaq üçün yeganə vəsiqə uğrunda mübarizənin qalibi avqustun 30-da keçiriləcək "Sarayevo" - "Baku United" qarşılaşmasında müəyyənləşəcək. Top fərqini nəzərə alaraq, "Baku United"i bu oyunda heç-heçə də qane edəcək.

Mütəxəssislər hesab edirlər ki, bu qarşıdurma ilkin mərhələnin ən maraqlı və gərgin oyunu kimi yadda qalacaq.

Tarix
2014.08.29 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla