Yuxarı

Bütün Avropa “Qarabağ–Azərbaycan” deyəcək – FB

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən bütün Azərbaycan "Qarabağ"lı idi. Səbəb "Qarabağ" futbol klubunun tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq şansı əldə etməsidir.

Hollandiyanın "Tvente" klubunu doğma meydanda 1:1 bərabərliklə, ümumi hesabda qabağa çıxan "Qarabağ"ın bu qələbəsi Bakıda yürüşlə qeyd edildi.

Sosial şəbəkələrdə "Qarabağ"ın qələbəsinə həsr edilən statuslar da oxunmağa layiqdir.

Axar.az həmin statusları təqdim edir:

Turxan Qarışqa: "Qarabağ" Avropa Liqasında! Qurban Qurbanova zəng edib təbrik etdim. Sevincindən ağlayırdı".

Şəmsəddin Həsənov: "Qarabağ FK sübut etdi ki, Azərbaycanda futbol ölməyib".

Həbib Müntəzir: "Biz Qarabağı almadıq, əvəzində Qarabağ Avropanı aldı. Təbriklər!"

Emil Salamoğlu: "Minlərlə insan "Qarabağ" qışqıracaq, ancaq stadionda".

İlqar Vəliyev: "Qarabağ" Avropaya Azərbaycanın olduğunu göstərdi. Qürur mənbəyimizsən!"

Ehtiram Mehdiyev: "Sevincimin həddi-hüdudu yoxdur bu dəqiqə. Sevirəm səni, Qarabağım".

Aynur Elgünəş: "Biz "Qarabağ"lılar çox yaxşıyıq".

Şəfi Şəfiyev: "Muarrem qol vuranda metrodaydım, "Ulduz"da. Nәtәr qışqırdımsa, hәr kәs mәnә baxdı! Dedim, "Qarabağ" qol vurub. Heç kәs sevinmәdi, çünki metrodakılar "Neftçi" azarkeşlәri idi".

Toğrul İsmayıl: "Millətin qələbəyə nə qədər ac olduğu bir daha özünü göstərdi. Təbriklər "Qarabağ". Davamı gəlsin!"

Rahil Kərimov: "Tək gözəllik qurban tələb eləmir, futbol da Qurban tələb eləyir. Qurban sizə, bəs deyirdiz Azərbaycanda futbol yoxdu?"

Anar Şabanoğlu: "Azərbaycanda futbol yoxdu, Qurban var!"

Muxtar Mikayıllı: "Qurban "Tvente"ni "Qarabağ"a qurban kəsdi".

Rövşən İsax: "Sabah püşk atılacaq və bütün Avropa onu belə oxuyacaq: "Qarabağ – Azərbaycan".

Tarix
2014.08.29 / 15:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla