Yuxarı

Saakaşvili: “Rusların etdiyi separatçılıq deyil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiyanın Ukraynaya hərbi müdaxilə etdiyini və hazırda elan olunmamış müharibə getdiyini bildirib.

Axar.az UNİAN-a istinadən xəbər verir ki, Saakaşvili bu barədə özünün Feysbuk səhifəsində yazıb.

"İndi mən Kiyevdə ukraynalı bacı-qardaşlarımla öz təcrübələrimi bölüşürəm. Yüzlərlə rus tankı, zirehli texnika və "Qrad" sistemləri dövlət sərhədini keçir və kənd və şəhərlərə hücum edir", - Saakaşvili yazıb.

Saakaşvilinin sözlərinə görə, rusların etdiyi hərəkəti separatçı konflikt, terror hücumu və ya əks-hücum (Ukrayna Rusiya ərazisinə hücum etməyib) adlandırmaq düzgün deyil. O, bunu birbaşa hərbi müdaxilə və müharibə adlandırıb və dünya ictimaiyyətini hər şeyi öz adı ilə çağırmağa səsləyib: "Niyə görə beynəlxalq ictimaiyyət hər şeyi öz adı ilə çağırmasın? Mən fikirləşirəm ki, indi bizim regionda başa buzlu su tökməkdən də vacib proseslər gedir. Ukraynanın, Gürcüstanın və Rusiyanın digər qonşularının taleyi Donetsk, Luqansk və Mariupolda təhlükə altındadır. Yaşasın Ukrayna!"

Tarix
2014.08.28 / 11:07
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla