Yuxarı

ALS xəstəsindən qandonduran nitq – Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amyotrofiklateral skleroz olan gəncin çəkdiyi bir video sosial şəbəkələrdə paylaşım rekordu qırır.

Axar.az xəbər verir ki, bütün ailəsi amyotrofiklateral skleroz (ALS) xəstəsi olan və özünə də bir müddət əvvəl ALS diaqnozu qoyulan bir cavan oğlan təsirli bir video-rolik çəkib.

Bir müddət sonra bu xəstəlikdən öləcəyini (bu xəstələrin 2-5 il arası ömrü olur) bilən gənc#IceBucketChallenge kampaniyası haqqında danışarkən hisslərini gizlədə bilməyərək ağlayıb: "Bəziləri ALS "bir vedrə buzlu su" kampaniyasının şişirdildiyini düşünərək buna hirslənirlər. Çox, çox yaxşıdı bu, deməli, bizim bu layihəmiz işə yarayır. Əgər bəzi adamlar buna görə narahat olmasaydı, uğurlu olduğumuzu deyə bilməzdik, elə deyil? Bir müddət sonra Feysbukda hər şey əvvəlki halına qayıdacaq, amma indi ALS diqqət mərkəzindədir. Bütün həyatım boyunca ilk dəfədir ALS-nin ön planda olduğunu görürəm".

ALS xəstəsi gənc daha sonra vəziyyətinin günü-gündən pisləşdiyini qeyd edib: "Əllərim artıq uyuşmağa başlayır. Gedərək gücsüzləşirəm. Avtomobilimi sürəndə, köynəyimi düymələyəndə çətinlik çəkirəm. Bir müddət sonra əllərimi, qollarımı istifadə edə bilməyəcəm. Sonra yeriyə, danışa bilməyəcəyəm. Özüm nəfəs ala bilməyəcəm. Bu ALS xəstəliyi ilə bağlı əsas həqiqətdir. Çox ağırdır. Çox xərclidir. Şikayət etdiyim və ağladığım üçün üzr istəyirəm. Hər bir mübarizə videosunun mənə nələr hiss etdirdiyini təsəvvür eləməzsiniz. Bu təkcə mənə yox, bütün ALS xəstələrinin əhvalına yaxşı təsir edir. İnanın mənə, siz dəyişiklik edirsiniz. Çox-çox minnətdarıq. Bu videonu paylaşan hər kəsə təşəkkür edirəm. Sizi sevirəm".

Videonun sonunda ALS kampaniyasına qoşulmaq üçün videonu izləyən hər kəsə meydan oxunur.

Tarix
2014.08.27 / 00:26
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla