Yuxarı

ABŞ: “Suriyaya girəndə Əsəddən izn almayacağıq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Katibliyinin sözçüsü Cen Psaki Suriya rejimi ilə İŞİD-ə qarşı müttəfiq olmayacaqlarını bildirib.

Axar.az xəbər verir ki, xanım Psaki Suriya Xarici İşlər naziri Vəlid əl-Muallimin ABŞ-a ortaq əməkdaşlıq təklif etdiyini xatırladaraq bunun mümkün olmadığını söyləyib.

"Amerikalıların həyatı risk altındadır. Burada söhbət milli maraqlardan gedir. Biz Suriyada rejimlə tərəfdaşlıq barədə qətiyyən düşünmürük", - deyən Psaki Suriyanın da İŞİD-ə qarşı vuruşmasının ABŞ-la müttəfiq olduğu anlamına gəlmədiyini qeyd edib.

Suriya Xarici İşlər nazirinin "ABŞ bombardmanları Suriya sərhədini keçərsə, ölkənin hərbi hava qüvvələri hazır vəziyyətə gətiriləcək" sözlərinə münasibət bildirən xanım Psaki bu məsələlərin ABŞ prezidentinin səlahiyyətində olduğunu bildirib:

"Hər hansı qərarın verilməsi Barak Obamadan asılıdır. Amma onu deyə bilərəm ki, plan təsdiq olunarsa, bizi heç nə saxlaya bilməz".

Bu arada Ağ Ev sözçüsü Coş Ernest ABŞ-ın Usamə Bin Ladenin öldürüldüyü əməliyyatda Pakistan hökumətindən icazə almadığını xatırladaraq Suriyaya girəcəkləri təqdirdə Əsəd rejimindən icazə almayacaqlarını deyib.

Onu da bildirək ki, artıq Qərb mətbuatı ABŞ pilotsuz kəşfiyyat təyyarələrinin Suriya səmasında göründüyünü iddia edir.

"NyuYorkTayms"qəzetinin verdiyi məlumata görə, Pentaqon Suriyada keçiriləcək hərbi əməliyyatların planını cızır.

CNN televiziyasının verdiyi məlumata görə isə, ABŞ ordusu və kəşfiyyat idarəsi İŞİD-in Suriyada yerləşən əsas məntəqələrinin siyahısını hazırlayır.

Məlumatda o da deyilir ki, Ağ Ev Obamanın Suriyada hərbi əməliyyatlara başlaması barədə hələlik qərar verməsə də, İŞİD və onun liderləri haqqında kəşfiyyat məlumatları toplamağı lazım bilib.

Son zamanlarda ABŞ rəsmilərinin tez-tez bəyanatlar verməsi və hər hadisəyə anında reaksiya göstərməsinin tezliklə yaxın Şərqdə müharibənin başlayacağına bir işarə olduğu söylənilir. Yerdə qalan məsələ isə haradan və nə vaxt girəcəyidir.

ABŞ Baş qərargah rəisi Martin Dempseyin mətbuat katibi Polkovnik Ed Tomas artıq Pentaqonda Suriyada hərbi əməliyyatların necə aparılacağı barədə planın hazırlandığını söyləyib: "Hava hücumları da daxil olmaqla həm İraqda, həm də Suriyada hərbi əməliyyatlara başlamaq üçün variantlar hazırlanır".

Tarix
2014.08.26 / 22:40
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla