Yuxarı

"Əsrin Müqaviləsi"nin 20 illiyinə hazır olacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev adına Bakı neft emalı zavodunun 55 nömrəli katalitik qurğusunun quru qaz məhsulunun "Azərikimya" İstehsalat Birliyinin Etilen-propilen zavoduna verilməsi ilə əlaqədar quru qazın kükürdlu birləşmələrdən, CO və CO2 qatışıqlarından təmizlənməsinə ehtiyac yaranıb.

ARDNŞ-nin rəsmi saytından Axar.az-a verilən məlumata görə, bununla əlaqədar "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında quru qazın və dövretdirilən hidrogen tərkibli qazların amin məhlulu ilə təmizlənməsi sisteminin işlənməsi və doymuş amin məhlulunun regenerasiya blokunun tikintisinə başlanıb. Qurğunun istismara verilməsi ilə dizel yanacağının hidrotəmizlənməsi prosesində dövr etdirilən hidrogen tərkibli qazlar və 55 nömrəli katalitik qurğusunda alınan quru qaz metildietanolamin məhlulu ilə təmizlənəcək. Doymuş amin məhlulunun regenerasiya prosesi isə 54 nömrəli qurğunun bazasında inşa edilən yeni qurğuda həyata keçiriləcək.

Qurğuda texnoloji proses HC-900 avtomatlaşdırılmış idarəetmə sistemi ilə idarə olunacaq. Hazırda qurğuda son tikinti-quraşdırma və sazlama işləri aparılır.

Yeni qurğunun "Əsrin Müqaviləsi"nin 20 illiyi ərəfəsində istismara verilməsi nəzərdə tutulub.

Tarix
2014.08.26 / 20:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla