Yuxarı

Bakıda iki nəfər özünü öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər iki hadisə ilə bağlı cinayət işi açılıb.

Bakıda intihar hadisəsi baş verib. Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayon sakini 1982-ci il təvəllüdlü Talıbov Ramil Ağayar oğlu özünü yaşadığı mənzildə asıb. 32 yaşlı kişinin mənzilin mətbəxinin tavanına bərkitdiyi kəndirdən asılı vəziyyətdə qalmış meyitini yaxınları aşkarlayıblar.

Oxşar hadisə Xəzər rayonunda da qeydə alınıb. Qala qəsəbəsindəki yeni yaşayış massivində yaşayan 1964-cü il təvəllüdlü Qasımov Cəmil Nəbi oğlu özünü yaşadığı mənzilin ikinci mərtəbəsindən asıb. Bildirilir ki, 50 yaşlı C.Qasımov intihar edərkən sərxoş vəziyyətdə olub.

Qeyd edək ki, son günlərdə Bakıda intihar olaylarının sayı artıb. Avqustun 23-də Xəzər rayonunda 23 yaşlı müğənni Sura Əsgərli özünü asaraq intihar edib. Elə həmin gün Qaradağ rayonunda 35 yaşlı kişi özünü güllələyərək həyatına son qoyub. Səbail rayonunda isə vətəndaş Polis İdarəsinin müstəntiqinin otağındakı pəncərədən özünü ataraq intihar edib.

Hər bir fakt üzrə cinayət işi açılıb, araşdırmalar aparılır.

Tarix
2014.08.26 / 12:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla