Yuxarı

Ukraynanın 6 batalyonu mühasirəyə düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donbas, Krivbas, Sülhməramlı, İvano-Frankovsk, Volın və Dnepr-1 batalyonları İlovaysk yaxınlığında mühasirəyə düşüblər.

Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin milli müdafiə qərargahından məlumat verilib.

"İlovaysk ətrafında vəziyyət dəyişilməz olaraq qalır. Donbas, Krivbas, Sülhməramlı, İvano-Frankovsk, Volın və Dnepr-1 batalyonları mühasirədədirlər. Troitsk və Xarçızsk tərəfdən "Qrad"larla atəş açılır. Fedorovka tərəfdən isə özüyeriyən artilleriya qurğuları batalyonları atəşə tutur" – məlumatda bildirilib.

Gecəyə olan məlumata görə, Dnepr-1 batalyonu itki verməyib, yaralılar var.

Hadisə ilə bağlı Dnepr-1 batalyonu Prezident Pyotr Poroşenko və Müdafiə naziri Valeri Qeleteydən təcili kömək istəyib.

İlovayskdakı vəziyyətlə bağlı Donbas batalyonunun komandiri Semyon Semyonçenko da məlumat verib. Onun sözlərinə görə, İlovayskı azad edən Ukrayna ordusu mühasirəyə düşüb.

Tarix
2014.08.26 / 12:43
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla