Yuxarı

Hərbçilərimiz qəzaya düşdü: 2 ölü - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:56

Ağcəbədidə ağır yol qəzası baş verib, iki nəfər ölüb.

Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağcabədi şəhərində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ" markalı minik avtomobilin sürücüsü yaralı, 2 nəfər sərnişini isə qəza nəzticəsində vəfat edərək deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü və 2 nəfər sərnişinin cəsədini avtomobildən çıxarmış, aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 07:31-də başa çatıb.

13:03

Ağcabədi rayonunda qəzada ölən şəxslərin hər ikisi hərbçidir.

Milli.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qəza zamanı "VAZ" markalı minik avtomobilində olan iki nəfər sərnişin - Beyləqan rayon sakinləri İbadlı Ramil və İsmayılov Amid - hadisə yerindəcə dünyasını dəyişib.

Tarix
2014.08.25 / 13:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla