Yuxarı

Şah İsmayılın babasının Qusar vəsiyyəti - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarın Dağıstanla sərhədində, dağların əhatəsində yerləşən Həzrə kəndi həm də tarixə şahidlik edən məkanlardandır. Qusara səfərimizdə biz də fürsəti əldən vermədən bu kənddə qonaq olduq. Burada qonaqların daim diqqət mərkəzində olan tarixi məkanı - məhşur Şeyx Cüneyd Türbəsini ziyarət etdik.

Doğrusu, bu türbə barədə çox eşitmişdim. Hər zaman da düşünürdüm ki, oranı görərək tariximizin bir parçasını canlı izləyə, öyrənə bilərəm. Bu həvəslə səbirsizliklə Həzrə kəndinə uzanan yolun tez bitməsini gözləyirdim.

Kənd bələdiyyəsinin lap yanında yerləşən Şeyx Cüneyd Türbəsinin bağlı qapıları məni təəccübləndirdi. Belə anlaşılır ki, bura gələnlərin sayı o qədər azdır ki, qapıları ancaq ziyarətçilərin xahişi ilə açırlar.

Qədim tarixin səssizliyi

Nəzarətçini gözləmədən arxa qapıdan türbəyə daxil olduq. İçəridə qəribə səssizlik, boşluq hökm sürür. Abidənin tən ortasında Səfəvilərin liderlərindən biri, Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin məzarı var. Lakin orada bunu sübut edəcək nə bir yazı, işarə, nə də həmin tarixi şəraiti əks etdirən şəkillər, başqa dəlillər, əşyalar var. Türbənin içərisi demək olar ki, boşdur.

Sonradan ona bitişik tikilən məscid də boş qalıb. Adibənin son illərdə təmir edilərək adablaşdırıldığı hiss olunur. Lakin boş divarlar insanda heç bir duyğu oyatmır. İç-içə otaqları firlanıb abidənin arxasındakı qəbiristanlığa çıxdıq. Burada 15-16-cı əsrlərə aid qəbirlər qalmaqdadır. Lakin başdaşları çox fərqlidir, irili-xırdalı, hündür, orta ölçülü daşlar qoyulub.

Şəkilli qəbirlər

Gəlişimizdən xəbər tutan kimi türbənin nəzarətçisi Məhbubə Kərimova gəlib çıxdı. Qəbirlərə maraqla baxdığımızı görüb həvəslə danışmağa başladı:

"Hündür qəbirlər hansısa vəzifə sahiblərinə, mötəbər din adamlarına məxsusdur. Bunu üzərindəki şəkillərdən asanlıqla ayırd etmək olar".

Məsələn, qəbir daşlarının birində dəvə və döyüş sursatları əks olunub. Buna əsasən, həmin qəbrin döyüşçüyə məxsus olduğunu deyir Məhbubə xanım. Digər bir qəbirdə isə adlı-sanlı din xadiminin uyuduğu aydın olur, başdaşında əsa, əba, təsbeh və digər aksesuarlar yer alıb.

Şeyxin vəsiyyəti

Abidənin tarixinə gəlincə, M.Kərimova bu məqbərənin Şeyxin öz vəsiyyətinə əsasən ərsəyə gəldiyini deyir:

"Samux çayının sahilində Qıpçaq adlanan yerdə Şirvanşahla döyüşdə Şeyx Cüneyd ağır yaralanır. Öləcəyini başa düşür və vəsiyyət edir ki, onu bir dəvəyə mindirsinlər. Dəvə harda dayansa, qəbrini də orda qazsınlar. Tərəfdarları elə də edir. Şeyxi dəvəyə mindirib gətirirlər. Dəvə bax bu türbə olan yerdə dayanır. Və bu hal üç dəfə təkrarlanır. Dəvə fırlanıb yenə həmin yerdə dayanır. Belə olanda tərəfdarları Şeyxin vəsiyyətinə əməl edərək onu dəvənin dayandığı həmin bu yerdə dəfn edirlər. Sonradan hakimiyyətə gələn Səfəvilər dövründə - 1544-cü ildə Şeyx Cüneydin məzarı üzərində bu türbə inşa edilib".

"Həzrət"in türbəsi dəyişdirilib

Yeri gəlmişkən, Həzrə kəndinin adı da Şeyx Cüneydlə bağlıdır. Bu nüfuzlu liderə sakinlər "Həzrət" deyə müraciət edərlərmiş. Onun vəfatından sonra dəfn olunduğu yerə də həmin adı veriblər. Lakin sonralar Həzrət adı bir qədər dəyişdirilərək Həzrə kimi saxlanılıb.

Bişmiş kərpicdən inşa edilən türbənin binası daxildən və xaricdən düzbucaqlı plana malikdir. Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis işlənib, şəbəkəli çərçivə içərisinə alınib. Üzərində minbər qoyulub. Bir müddətdən sonra isə ona bitişik məscid inşa edilib. Türbənin üzəri böyük bir günbəzlə örtülüb. Şeyx Cüneyd türbəsi əvvəllər böyük aşırımlı günbəzlə örtülü olub. Sonralar ona bitişik məscid tikilməsi və damın dəyişdirilməsi nəticəsində türbə əvvəlki görkəmini itirib.

Tarixi-mədəni kompleks quraq

Son illərdə abidə təmir edilərək ziyarətçilərə açılsa da burada müəyyən işlərin görülməsinə ehtiyac var. Əvvəla türbənin həyəti, giriş qapıları daha maraqlı, gözoxşayan olmalıdır. Gələn adamlarda ilk olaraq girişdə ilkin təəssüratlar formalaşır. Türbənin içərisində də Şeyx Cüneydin döyüşlərini, Səfəvilərin hakimiyyəti dövründə baş verən hadisələri əks etdirən rəsmlərin, tarixi əşyaların, informasiya tutumu olan yazı lövhələrinin olması türbəni daha canlı edər.

Abidənin həyətindəki qəbir daşlarının da tarixi yükünü nəzərə alaraq onların qorunması, bərpası, həmin ərazinin adablaşdırılaraq açıq havada muzey kimi istifadəsini təşkil etmək olar. Yaxınlıqda istirahət məkanı qurmaqla və ya digər bir layihələr həyata keçirməklə buranı turizm kompleksinə çevirmək də pis olmazdı.

Tarix
2014.08.24 / 18:18
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla