Yuxarı

Bilik Fondu məktəbləri qardaşlaşdırmağa başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi "Qardaşlaşmış məktəblər" layihəsinin başlanma tarixi və əhatə etdiyi coğrafi ərazi müəyyənləşib.

Axar.az-a Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, bu gün qurumun müxtəlif rayonlar üzrə nümayəndələri Bilik Fondunda olublar.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşlarının iştirakı ilə keçirilən müzakirədə "Qardaşlaşmış məktəblər" layihəsinin detalları yerli nümayəndələrə izah olunub, onlara müvafiq tapşırıqlar verilib.

"Qardaşlaşmış məktəblər" layihəsi sentyabrın 5-dən başlayaraq Bilik Gününə qədər 7 bölgənin müxtəlif şəhər və rayonlarındakı 20 orta məktəbdə həyata keçiriləcək. Bilik Günü bir sıra bölgə məktəblərində ilk dərsi ölkənin tanınmış elm adamları, ictimai xadimlər keçəcək. Layihə Azərbaycan ərazisindəki bütün rayonları əhatə edəcək.

Bakı məktəblilərini (190 saylı orta məktəb) Şəki, (145 saylı orta məktəb) Ağstafa, Sumqayıt məktəblilərini Quba, Mingəçevir məktəblilərini Horadiz, Biləsuvar məktəblilərini Gədəbəy, Oğuz məktəblilərini Beyləqan, BSU Məktəb-Lisey Kompleksinin şagirdlərini Tovuz, Astara məktəblilərini Ağdam, Gəncə məktəblilərini Neftçala, Şamaxı məktəblilərini Bərdə məktəbi qəbul edəcək. İki günlük səfər çərçivəsində müxtəlif səpkili tədbirlər, bilik yarışmaları keçiriləcək, tarixi yerlərə ekskursiyalar təşkil olunacaq. Proqrama məktəblərin qardaşlaşdığını göstərən rəsmi dostluq sazişinin imzalanması daxildir. Sazişə görə, məktəblilər Bilik Fondunun dəstəyi ilə mütəmadi olaraq görüşlər, dəyirmi masalar, müxtəlif yarışmalar keçirəcək, qarşılıqlı səfərlər təşkil edəcəklər.

Görüşdə "Qardaşlaşmış məktəblər" layihəsini yüksək qiymətləndirən bölgə nümayəndələri müxtəlif təkliflər səsləndirib, layihənin regionlar üçün vacibliyini vurğulayıblar.

Müzakirələrdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı da iştirak edib.

Bilik Fondu müxtəlif istiqamətlərdə bir neçə layihəyə start verib. Bu layihələr içərisində "Dini abidələrdə tarixin izləri", "Ustad və şəyird", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda", "Docendo discimus", "Fondun xarici nümayəndəliklərinin yaradılması", "Epizod", "Auditoriya +", "Yaradıcılıq fakültəsi" layihələrinə artıq başlanıb.

"Dini abidələrdə tarixin izləri" layihəsi çərçivəsində Bərdə İmamzadəsində ilkin araşdırmalar aparılıb, qəbirüstü yazılar oxunaraq tərcümə edilib. İkinci mərhələdə Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının, dinşünasların, bərpaçıların və xarici qonaqların iştirakı ilə Bərdə İmamzadəsində Dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.

Tarix
2014.08.22 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla