Yuxarı

Qızlar erkən nikaha oyun kimi baxır – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda hazırda 3000-ə yaxın erkən nikaha daxil olan ailə mövcuddur".

Bu sözləri Axar.az-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zemfira Mustafayeva ölkəmizdə erkən nikah hallarının artmasına münasibət bildirərkən deyib:

"Çox təəssüflər olsun ki, erkən nikahların sayı iri şəhərlərimizdə artmaqdadır. Hətta orta məktəblərdə 8-ci sinifdən yuxarı qızlar arasında nişanlanma halları günü-gündən artır. Buna maraqlı oyun kimi baxan qızlarımız hətta məktəbdə sinif yoldaşları arasında fəxrlə öz nişan həyatlarını təbliğ edirlər. Buna çox zaman məktəb rəhbərliyi, sinif rəhbərləri və psixoloqlar göz yumurlar. Psixoloqlar bu istiqamətdə valideyn və şagirdlərlə daima işləməli və onlara başa salmalıdırlar ki, ailə həyatı qurmağa hazır olmayan, uşaqlıq yaşından çıxmamış qızlar valideynlərin məcburiyyəti ilə ailə qurmağa sövq edilməsinlər".

Sözlərinə Vilyam Şeksprin "hər şeyin yenisi insanı həyəcanlandırır" kəlamı ilə davam edən Zemfira Mustafayeva hazırda Azərbaycanda üç min erkən nikahlı ailənin olduğunu vurğuladı:

"Ümumiyyətlə, erkən nikahlar iki cür həyata keçirilir. Valideynlərin təkidi və qızın öz istəyi ilə. Erkən qurulan ailə həyatının çox az qismi uğurlu, böyük qismi isə uğursuz olur. Çünki hələ ailə həyatına hazır olmayan, uşaqlıq həyatından çıxmamış qızlar valideynlərin təkidi ilə ailə qurduqda onların sağlamlığında, gələcək uşağın tərbiyəsində, onun təhsilində və ümumiyyətlə, ailə həyatında böyük fəsadlar yaranır. Bütövlükdə tibbi cəhətdən 18 yaşına çatmamış qızlar ana olmaq iqtidarında deyillər".

Tarix
2014.08.21 / 21:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla