Yuxarı

Hacı Şahin: “İŞİD vaxtilə onu bəsləyənlərlə vuruşur” - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda əhalinin əksəriyyəti Cəfəri məzhəbinə aiddir. İŞİD-in də düşmənçiliyi məhz Cəfəri məzhəbi ilədir".

Bu sözləri simsar.az-a açıqlamasında, ilahiyyatçı, "Mənəvi dünya" İctimai Birliyinin rəhbəri Hacı Şahin Həsənli deyib.

İraqda baş verən hadisələrdə İŞİD rəhbərlərinin "Azərbaycan bizi gözləsin ora da gələcəyik" şəklində hədə-qorxu dolu açıqlamalarına münasibət bildirən ilahiyyatçı, qeyd edib ki, İŞİD-ın əsas məqsədi İslam ölkələrində çaxnaşma yaratmaqdır: "Azərbyacanda əhalinin əksəriyyəti Cəfəri məzhəbinə aid olunur. Onların da düşmənçiliyi məhz Cəfəri məzhəbi ilədir. Düzdür, Azərbaycanla bağlı belə bir çağırışlar səslənir, amma düşünürəm ki, onların məqsədi bütün müsəlman ölkələrində çaxnaşma yaratmaqdır. Artıq İordaniyanın, hətta Səudiyyə Ərəbistanının da adı çəkilir. Halbuki bir vaxt deyirdilər ki,İŞİD Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir".

İŞİD öz sahiblərinə qarşı çıxır

Hacı Şahin bildirib ki İŞİD hazırda, vaxtı ilə bəsləndiyi sahiblərinə qarşı çıxır: "Bu böyük bir bəladır. Artıq bir sıra politoloqlar da belə bir təhlillər edirlər ki, Səudiyyə Ərəbistanı ilə İŞİD arasında münaqişə gözlənilir. Bunun da müxtəlif səbəbləri var. Terror təşkilatları kiminsə tərəfindən bəslənirsə sonda ona qarşı çıxma praktikası tarixdə də var. Elə Amerika tərəfindən dəstəklənən Talibanın özü sonda ona qarşı mübarizəyə qalxdı".

Nə təşvişə düşək, nə arxayınlaşaq

İŞİD-in Azərbaycanda fəsadlar törətməyə güclərinin yetməyəcəyini deyən ilahiyyatçı, azərbaycanlı gənclərin gedib Suriyada döyüşməsinin acınacaqlı hal olduğunu vurğulayıb: "Azərbaycanlıların bu münaqişəyə cəlb olunmasına qarşı həm qanun, həm də maarifləndirmə vasitəsi ilə mübarizə aparılmalıdır. Bu gün İŞİD-in Azərbaycana gəlməsini real hesab etmirəm. Onu deyim ki, İŞİD-in imkanları da süni şəkildə şişirdilir. İraqda sanki kimlərsə onu hər şeyə qüdrəti çatan bir qrup kimi təqdim edir. Təbii ki, İraq zəifləmiş bir dövlətdir. Azərbaycanda bunun ciddi bir fəsad törədəcəyinə inanmıram. Çünki ölkəmizdə ictimai-siyasi sabitlik var. Bu proseslər hələki göstərişə nəzarət altındadır, amma arxayınlaşmanın da tərəfdarı deyiləm. Yəni burada bir orta yol tutulmalıdır. Nə çox qorxuya, təşvişə düşməyə ehtiyac var, nə də arxayınlaşmağa. Bəzən radikallığa qarşı mübarizə tam gücüylə aparılmalıdır".

Tarix
2014.08.20 / 16:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla