Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan kafenin yanar konstruksiyaları və içərsindəki əşyalar 45 kv.m sahədə yanıb. Yanğın zamanı kafenin içərisində olan 5 ədəd qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin lambirdən ibarət tavanı və içərsinə yığılmış 1 ədəd yataq dəsti yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli 3 otaqlı evə bitişik talvarın yanar konstruksiyaları 14 kv.m sahədə yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 17:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Balakən rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 3 otaqdan ibarət gözətçi otağının tavanı, 2 otağın qapısı və içərisindəki əşyalar qismən yanıb. Gözətçi otağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Quba rayonu, Alpan kəndində (rayon mərkəzindən 20 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 21:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Goranboy rayonu, Azad kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 1 otaqlı mənzilin mətbəxində 8 kv.m sahədə lambirdən ibarət tavan və 1 ədəd şkaf qismən yanıb. Məınzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və ona bitişik olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Suraxanı rayonunda üçmərtəbəli yaşayış binasının pilləkan qəfəsinin 1-ci mərtəbəsində elektrik şiti yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Göyçay rayonu, Ulaşlı Şıxlı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümümi sahəsi 46 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.08.19 / 10:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla