Yuxarı

Ordumuz S-300 PMU zenit raketindən istifadə etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin təlimləri plana uyğun olaraq davam edir.

Axar.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təlimin ssenarisinə əsasən, hava məkanını pozan şərti düşmən aşkarlanaraq, onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hava hədəfləri izlənməyə götürülüb, S-300 PMU və S-125 2TM tipli zenit raket komplekslərinin şərti atəş zərbələri ilə şərti düşmən dərhal məhv edilib.

Təlimlərə cəlb olunan döyüş aviasiyası təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şərti düşmənin yerüstü hədəflərini və döyüş texnikasını, o cümlədən, onun mühəndis-istehkam qurğularını idarəolunmayan raketlər və aviasia məhvetmə vasitələrilə tam dağıdıb.

Təlim uçuşlarından sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən ən müasir, NATO standartlarına uyğun quruyucu dəbilqələr və kombinezonlar döyüş aviasiyasının pilotlarına təqdim olunub.
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından hər bir pilota əşya normasında nəzərdə tutulmayan, praktiki baxımdan daha səmərəli və rahat dəri gödəkçələr hədiyyə edilib.

Hərbi Hava Qüvvələrinin təlimləri davam edir.

Tarix
2014.08.16 / 17:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla