Yuxarı

ABŞ: "Rusiya Ukraynaya girə bilməz"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın Ukraynaya zirehli texnika göndərməsinə dair ABŞ-da dəqiq məlumatlar və əminlik yoxdur".

Bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Keytlin Hayden deyib.

"Biz hazırda daha çox məlumatlar toplamağa, Ukrayna təhlükəsizlik qüvvələrinin açıqlamasını araşdırmağa çalışırıq. Hazırda bu məlumatları təsdiqləməyə hazır deyilik. Buna baxmayaraq, Rusiya və rusiyayönümlü qüvvələrin Ukraynaya müdaxiləsindən narahatlığımız yenə də öz qüvvəsində qalır. Rusiyanın heç bir haqqı yoxdur ki, Ukraynaya rəsmi Kiyevin icazəsi olmadan hər hansı nəqliyyat vasitəsi, şəxslər və ya hər hansı xarakterli yük göndərsin. Rusiyanın son günlər Ukraynanın sabitliyini pozmaq üçün nümayiş etdirdiyi fəaliyyət təhlükəli və təxribat xarakterlidir. Bura separatçıları silah-sursatla, müxtəlif raket sistemləri ilə təmin etmək də daxildir. Rusiya ərazisindən Ukrayna əraziləri müasir SA-22 hava müdafiə sistemlərindən və müxtəlif növ texnikalardan artilleriya atəşinə tutulub", - deyə K. Hayden bildirib.

K. Heyden Rusiya prezidenti Vladimir Putinin "Biz Ukraynadakı münaqişəni həll etmək üçün hər şey etməyə hazırıq" açıqlamasına da toxunub: "Rusiya prezidenti buna Ukrayna ərazilərinə atəşi dayandırmaqla, separatçılara silah-sursat və texnika yardımını kəsməklə, sərhədləri silahlılara bağlamaqla, eyni zamanda ATƏT-in müşahidəçi missiyasına şərait yaratmaqla başlaya bilər. Beynəlxalq Qızıl Xaç Komitəsi və Ukrayna hökumətinin nəzarəti altında Ukraynanın şərqinə edilən humanitar yardım təşəbbüslərini dəstəkləyirik. Lakin Rusiyanın Ukrayna ərazilərinin işğalına davam etməsi və separatçıları dəstəkləməsi ilə humanitar yardımlar göndərməsi və sülhdən danışması ziddiyyət təşkil edir".

APA

Tarix
2014.08.16 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla