Yuxarı

Azərbaycanda küçənin ortasında döyülən azyaşlılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Uşaqların döyülməsi cəza sistemində ən sonuncu variantdır".

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Günel Məhərrəmli Uşaqların ictimaiyyət arasında döyülməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, valideyn uşağa hansı hərəkətindən dolayı hansı cəza növünü tətbiq etməli olduğunu bilməlidir:

"Elə uşaqlar olur ki, ondan hansısa bir hərəkəti tələb etmək düzgün deyil. Bu kateqoriyaya sindromlu, diqqət yayınması yaşayan və digər bu tipdə olan uşaqlar daxildirlər. Uşaqlara təzyiq təsirsiz ötüşmür. Xüsusən bu ictimaiyyət arasında, nəqliyyatda, küçə və parklarda valideyni tərəfindən sərt cəzalandırılaraq döyülən uşaqlara aiddir. Yaxşı olar ki, valideyn uşağı təklikdə başa salsın. Avtoritet, sərt valideynlər vardır ki, onlar uşağı küçənin ortasında döyməklə tərbiyə etməyə çalışırlar. Çünki belə valideyn düşünür ki, bu, daha effektli olacaq, ancaq onlar yanılırlar. Praktikamızda dəfələrlə uşaqların məktəbdə öz valideyni tərəfindən sinif qarşısında döyüldüyünün, bağçada öz yaşıdları önündə necə sərt şəkildə cəzalandıqlarının şahidi olmuşuq. Bu, sonradan həmin uşaqların psixologiyasında ciddi fəsadlara yol açır ki, sonradan cəmiyyətdə pis vərdişə yiyələnən, problemli insanlar da məhz bu üzdən xəstə insanlara çevrilirlər".

Psixoloqun sözlərinə görə, bəzən uşaqlar hansısa bir hərəkəti valideynin ona qarşı diqqət göstərməsi üçün də edə bilərlər. Azərbaycanda valideynlərin uşaqların tərbiyəsində maariflənməsi çox zəifdir: "Məsələn, tik xəstəliyinə mübtəla olan uşaqlar var ki, hər hansı bir hərəkəti təkrarlayırlar (göz qırpmaq və s.), bu da nevroloji xəstəlikdir. Bundan başqa kleptomaniya xəstəliyi var - uşaqlar oğurluq edirlər. Əslində, oğurlanan əşya heç həmin uşağa lazım da deyil. Vaildeynin ifrat tərbiyə üsulundan istifadəyə üz tutaraq "gərək bu uşağın əlini yandıram ki, bir daha bu hərəkəti təkrarlamasın" kimi tərbiyə üsulu isə cəfəngiyyatdır. Bu cür uşaqlar psixoterapevtə aparılmalıdır. Çünki bu, psixoloji pozğunluqdur. Bəzən elə halların şahidi oluruq ki, valideyn uşağa guya yalan danışmamağı öyrədir, ancaq özü uşağın gözü önündə yalan danışır. Bütün bunları aşmağın bir yolu var ki, o da uşaqları anlamaqdır. Uşaqların müəyyən yaş dövründə dayanmadan suallar verməsi, qısqanclıq, yalan danışma, yeniyetməlik dövründə özünü böyük kimi göstərmə hallarını yaş dövrünə görə krizis halları da hesab etmək olar. Bu isə keçicidir.

Bəzən psixoloqa öz uşaqlarından şikayət edən valideynlər düşünmürlər ki, bu uşağın xarakteri ilə də bağlı ola bilər. Buna da elmdə "irsiyyət amili" deyirlər ki, uşaq xasiyyətində də kiməsə çəkə bilər. Əsas çıxış yolu valideynlərin uşağı nə zaman psixoloqa, nə zaman nevropatoloqa aparması və nə zaman da problemin həlli ilə özünün məşğul ola bilməsi, düzgün maariflənmənin olmasıdır.

Tarix
2014.08.15 / 21:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla