Yuxarı

Ekspertdən ailə planlaması ilə bağlı xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ailə büdcəsinin planlaşdırılması hər iki cinsin nümayəndəsinin məsləhəti və müzakirəsi ilə aparılmalıdır".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanda büdcə planlaşdırılmasında institusional bazanın inkişafı məsələsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanda ailə büdcəsinin planlaşdırılması İnkişaf Etmiş Ölkələrə (İEÖ) nisbətən çox zəifdir:

"Apardığımız monitorinqlər göstərir ki, Azərbaycanda bütöv ölkə üzrə əhalinin yalnız iyirmi faizində büdcə planlaşdırılması həyata keçirilir. Yerdə qalan səksən faiz göstərici isə qrafik üzrə bu planlaşdırmanı həyat keçirmir. İEÖ-də əhalinin 80%-i, təkcə Böyük Britaniyada isə əhalinin 90 %-i büdcə planlaşdırılmasını yerinə yetirir. Bu planlaşdırma ailə gəlirlərinin vaxtından əvvəl bitməsinin və növbəti ayın ikinci yarısından borc götürmək məcburiyyətinin qarşısının alınmasına şərait yaradır. Nəticədə qazanılan gəlir bütöv ay ərzində ailəyə büdcədən normal yararlanma imkanı yaradır. Böyük Britaniyada bununla bağlı ölkənin statistika idarəsində xüsusi sayğaclar var. Britaniyalılar bu sayğaca öz gəlirlərini daxil edərək aylıq xərcləri qruplaşdırmaqla öz ailə büdcələrini planlaşdırmaq imkanına malikdirlər. Büdcə planlaşdırılması zamanı çox önəmli məqamlardan biri xərclərin vacib və vacib olmayan qruplara ayrılmasıdır. Birmənalı olaraq ailə öncə vacib olanı təmin etdikdən sonra əlavə vəsait qaldıqda vacib olmayanı da yerinə yetirə bilər. Daha yaxşı olar ki, ailələr əmək haqqı aldıqları zaman ilk fürsətdə bazarlıq etməsinlər. Əks təqdirdə israfçılıqla üzləşə bilərlər".

Vüqar Bayramov ailə büdcəsinin kim tərəfindən planlaşdırılması məsələsinə də toxundu:

"Belə hesab edirəm ki, ailənin büdcəsinin planlaşdırılması hər iki cinsin nümayəndəsinin iştirakı ilə aparılmalıdır. Bu hər iki tərəfin işləyib-işləməməsindən asılı olmayaq birmənalı şəkildə yerinə yetirilməlidir. Ailədə həm kişinin, həm də qadının hegemonluğu yolverilməzdir. O ki qaldı Azərbaycanda institusional bazanın başqa ölkələrlə müqayisədə aşağı olmasına, bunun başlıca səbəbi sovet dövründən bu yana belə ənənənin olmamasıdır. Son illər Azərbaycanda ailə planlaşdırılmasında inkişaf prosesi gedir. Çox yaxşı olardı ki, bizdə də İEÖ-dəki kimi statistika idarəsində xüsusi sayğaclar quraşdırılsın və ailə intellekti nəzərə alınmaqla sadə, anlaşıqlı dildə sayğacın yenilənməsi prosesi təmin olunsun. Belə olan halda ailələr xərclərini sayğac vasitəsilə vacib və vacib olmayan qruplar üzrə ev şəraitində də bunu həyata keçirə biləcəklər".

Tarix
2014.08.15 / 19:08
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla