Yuxarı

"40 dəqiqənin içində körpəmizi öldürdülər"

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avqustun 8-də Neftçala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qardaşımın yeni doğulan körpəsi həkimlərin səhlənkarlığı ucbatından müəmmalı şəkildə ölüb".

Bu sözləri Axar.az-ın elektron ünvanına şikayət məktubu ilə müraciət edən İsmayıl Cəfərov adlı vətəndaş yazıb.

Şikayətçinin sözlərinə görə, sağlam və normal şəkildə dünyaya gələn qardaşı oğlu doğulduqdan 40 dəqiqə sonra ölüb:

"Növbədə olan İlhamə adlı həkim iş yerində olmadığı üçün onu şöbə müdiri əvəz etdi. Körpə öləndən 40 dəqiqə sonra növbədə olan həkim gəlib çıxa bildi. Xəstəxanaya gəlməzdən əvvəl Doğum Şöbəsinin müdiri Sveta Cəfərova ilə telefon əlaqəsi saxlayıb onun şöbəyə gəlməsini tələb etmişdim. Xəstəxanada doğuşa hazırlığın necə aparılmasını şöbə müdirindən soruşduqda o məni əmin etdi ki, hər şey yaxşı olacaq. Hətta uşaq həkimlərinin hər şeyi nəzarətə götürdüyünü deyən Sveta Cəfərovaya razılığımı bildirib, özümüzlə gətirdiyimiz son tibbi müayinə kağızlarını həkimə təqdim edib, xəstəxananın həyətində gözləməli olduq".

Şikayətçi qeyd edir ki, hamilə xanıma vurulması nəzərdə tutulan iynələri də həkimlər vurmaq istəmirdi:

"Mütəmadi olaraq anam xəstəmizlə əlaqə saxlayırdı. Doğuş öncəsi xəstəyə vurulacaq iynələri həkimlər anam pəncərədən baxandan sonra vururdular. Anamın pəncərədən baxdığını görməsəydilər, heç onu da vurmayacaqdılar. Normal doğuş həyata keçdi. Uşaq dünyaya gələndə ağlamaq səsini də eşidib sevindik. Elə həmin dəqiqə Şöbə müdiri tibb bacılarına səsləndi, uşaq həkiminə zəng edib çağırmağı tapşırdı".

Şikayətçinin sözlərinə görə, doğumdan 35-40 dəqiqə sonra həkim palataya daxil olub körpənin öldüyünü bildirdi. Lakin ölüm səbəbi ilə bağlı ailəyə bir kəlmə də söz deyilməyib:

"Anam nə baş verdiyini xəstəxanaya öyrənmək üçün doğum şöbəsinə daxil oldu. Sonra ağlaya-ağlaya geri qayıdıb körpəmizi həkimlərin öldürdüyünü dedi. Doğum şöbəsinin müdirini hadisənin hansı səbəbdən baş verdiyini soruşmaq üçün giriş qapısına çağırdım. Şöbə müdiri Sveta Cəfərova ailəmizin qarşısına çıxmaqdan boyun qaçırdı.

Yeni doğulan körpəsini itirən ailə ölüm faktı ilə əlaqədar Neftçala rayon Prokurorluğuna ərizə ilə müraciət edib:

"Hadisənin hüquqi çərçivədə araşdırılmasını istəyirik. Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov prokurorluğa gələrək mənə dedi ki, şikayət etməyim. Sağlam dünyaya gələn qardaşım övladının "cəlladlar" tərəfindən öldürülməsini ailəmiz həzm edə bilmir. Ailəmizin arzusunu ürəyində qoyanları cənab Səhiyyə naziri Oqtay Şirəliyevin tezliklə cəzalandıracağına ümid edirik. Çünki bizimlə bərabər onlarla neftçalalı ailə bu bədbəxt hadisənin qurbanı olub. Rayon xəstəxanasının baş həkimi bir çox rayon sakininə haqqımızı maddi yollarla boğacağını bildirib".

Ailə günahkarların cəzalandırılması üçün hüquq mühafizə orqanlarına və aidiyyəti üzrə qurumlara müraciətlər edib.

Qeyd edək ki, hadisənin səbəbləri Doğuşa Yardım Komissiyası və Tibbi Ekspertiza tərəfindən araşdırılır.

Tarix
2014.08.15 / 17:10
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla