Yuxarı

Suriyaya gedənlər həbs olunacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında yeni qanunun icrası həyata keçirilib.

Ans-press-in məlumatına görə, Səudiyyə Ərəbistanında kralın əmri ilə ölkə xaricində döyüşməyə getdikləri üçün 11 nəfərə 4-18 il arası həbs cəzası verilib. Bu barədə Səudiyyənin rəsmi xəbər agentliyi "SPA" xəbər yayıb.

Kralın əmrlərinə qarşı çıxaraq müharibə fitnəsi olan ölkələrə getmək, "Əl-Qaidə"yə qatılaraq müxtəlif düşərgələrdə silah istifadə etməyi öyrənmək, partladıcı vasitələr haqqında müəyyən biliklər əldə etmək, sui-qəsd məqsədilə özünü öldürmək və insanları aldadaraq qarşıdurmaların baş verdiyi qaynar nöqtələrə aparmaq kimi hərəkətlər ölkə hökuməti tərəfindən cəzasız qalmır.

Qeyd edək ki, Suriyada qarşıdurmalarda iştirak edən Səudiyyə vətəndaşlarının ölkələrinə qayıtdıqdan sonra təhlükə mənbəyi olacağı düşünüldüyü üçün Ər-Riyad administrasiyası fevral ayında bu məqsədlə xarici ölkəyə qaçan və terror təşkilatları ilə əlaqə quran şəxslərə 20 ilə qədər həbs cəzası verilməsi barədə qanun qəbul edib.

Tarix
2014.08.15 / 09:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla