Yuxarı

“Vampirlər akademiyası” pul yığır - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rayçel Midin "Ovçular və qurbanlar" silsilə kitabları əsasında çəkilmiş "Vampirlər akademiyası" Amerika filminin yaradıcıları, deyəsən, satış müvəffəqiyyətsizliyindən heç də dilxor olmayıblar. Rus aktyoru Danila Kozlovski və çəkilişin digər iştirakçıları filmin çəkilişlərinin davam etdirlməsi üçün pul yığımında fəal iştirak edirlər. Əvvəlcədən aparılmış hesablamalara görə, "Ovçular və qurbanlar"ın ekran variantının ikinci hissəsinin çəkilişlərinə başlanılması üçün 1,5 milyon ABŞ dolları lazımdır.

Axar.az xəbər verir ki, çəkiliş qrupunun üzvləri Yutubda üç dəqiqəlik video yerləşdiriblər. Onlar pərəstişkarlara öz minnətdarlıqlarını bildirirlər. Prodüserlər əmindirlər ki, əgər yaxın günlərdə ilk 1,5 milyonu toplamaq mümkün olarsa, tezliklə digər investorlar da filmin maliyyələşdirilməsinə töhfələrini verəcəklər.

Xatırladaq ki, "Vampirlər akademiyası" rejissor Mark Uotersin Rayçel Midin "Ovçular və qurbanlar" silsiləsindən olan ilk eyniadlı kitabının motivləri əsasında çəkilib. Süjetin mərkəzində Vampirlər akademiyasında sehrbazlıq və cadugərlik sənətini öyrənən şahzadə Lissa və onun rəfiqəsi dayanır.

Tarix
2014.08.15 / 08:15
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla