Yuxarı

Sulutəpə camaatı Prezidentə şikayətə gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sulutəpə sakini Eldar Cabbarov adlı vətəndaşdan "Axar.az"a şikayət məktubu daxil olub.

Şikayətdə bildirilir ki, iki il öncə aparılan təmir işlərindən sonra mavi yanacaq demək olar ki, verilmir:

"Sulutəpədə əsas xətdə qaz olmasına baxmayaraq, "Ceyhun" marketdən yuxarıda olan küçələrin heç birində qaz yoxdur. Daha doğrusu zəifdir. Çox zəifdir. Deməli, iki ildir ki, burada qaz xətlərini dəyişiblər. Yüzlük qaz borusu çəkmək əvəzinə əlliliyini çəkiblər. Bizim küçədə də sakinlər çoxaldığı üçün evlərə qaz çox zəif gəlir. İki ildir Binəqədi rayon Qaz İstismar Sahəsinə müraciət edirik, "bu gün-sabah, bu gün-sabah" deyib, yola verirlər. Axırı bezmişik. Camaat da əlacsız qalıb, vallah. Deyirlər, gedəcəyik Prezidentə şikayətə".

Şikayətlə əlaqədar "Azəriqaz" İB-nin mətbuat katibi Araz Ağayevlə əlaqə saxladıq. Araz bəy məlumatında bildirdi ki, sakinlərin onlara müraciət etməsi lazımdır ki, araşdırma aparsınlar:

"Bu qaz boruları layihələndirilmiş şəkildə çəkilib. Ola bilər ki, həqiqətən yüzlük əvəzinə əllilik boru çəkilib. Ancaq bunun hamısı layihələndirilmiş şəkildə həyata keçirilib. Sakinlər bizə müraciət etsinlər, məsələni daha dəqiq araşdırarıq".

Tarix
2014.01.21 / 13:32
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla