Yuxarı

“Azərsu” qiymət artımı reaksiya verdi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:45

Azərbaycanda suyun və elektrik enerjisinin tariflərinin bahalaşması gözlənilmir.

Bunu İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

Onun sözlərinə görə, bu məsələlər Tarif Şurasının gündəliyində deyil və müzakirə edilməsi gözlənilmir:

"Azərenerji"i və "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən su və elektrik enerjisi tariflərinə yenidən baxılması üçün heç bir müraciət ünvanlanmayıb".

Xatırladaq ki, dünən bəzi mətbuat orqanlarında fevraın 1-dən etibarən suyun və elektrik enerjisinin bahalaşacağı ilə bağlı məlumatlar yayılmışdı.

Onu da qeyd edək ki, Tarif Şurasından bir neçə gün öncə saytımıza verilən açıqlamada işıq, qaz və suyun qiymətinin qaldırılmasının ümumiyyətlə təşkilatın gündəmində olmadığı deyilmişdi.

***

13:27

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanda içməli suyun istehlakı və çirkab sularının axıdılmasına görə tariflərlə yenidən baxılması üçün Tarif Şurasına müraciət etməyib.

Bunu açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib.

O vurğulayıb ki, bəzi yerli KİV-lərdə "Azərsu"nun istehlak qiymətlərinə yenidən baxılması üçün Tarif Şurasına müraciət ünvanlaması və suyun istifadə dəyərinin bahalaşacağı kimi xəbərlər yer alır. Bu cür xəbərlər kökündən yanlışdır və belə bir qərarın olacağı gözlənilmir".

A.Cəbrayıllı deyib ki, hazırda istehlakçılar su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə, ödəmələri Tarif Şurasının tətbiq etdiyi son qiymətlərlə edirlər. Bununla bağlı vətəndaşların narahatçılığına da heç bir əsas yoxdur ("Aznews.az")

Tarix
2014.01.18 / 13:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla