Yuxarı

Mahaçqalada partlayış: 16 nəfər yaralandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahaçqalada partlayış zamanı zərərçəkənlərin sayı 16 nəfərə çatıb. Bu barədə RF İstintaq komitəsi şənbə günü bildirib.

"Partlayış nəticəsində 16 nəfər, o cümlədən polis əməkdaşları xəsarət alıb", - məlumatda deyilir.

Cümə günü axşam naməlum şəxslər Mahaçqaladakı "Qızıl imperiya" restoranının ikinci mərtəbəsinə qumbaraatandan atəş açıblar, 15 dəqiqədən sonra isə hadisə yerinə polis patrulu gələrək restoranın yaxınlığında maşın partlayıb.

Əsas fərziyə kimi kriminal "çəkişmələr" və xuliqanlıq nəzərdən keçirilir, respublika DİN-in nümayəndəsi Ria Novosti agentliyinə bildirib.

O, dəqiqləşdirib ki, hadisə nəticəsində yeddi nəfər yaralanıb, üç polis də daxil olmaqla. Bundan öncə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, bu vaxta qədər 11 nəfər yaralanmış, o cümlədən dörd polis əməkdaşı.

Bu "Qızıl imperiya" ilə bağlı birinci hadisə deyil: ötən ilin payızında bildirilirdi ki, restorana üç nəfər naməlum maskalı şəxs daxil olub, şübhəli əşya qoyaraq, tavana atəş açıblar.(Trend)

Tarix
2014.01.18 / 09:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla