Yuxarı

Azərbaycanda qadın zorakılığı pik həddə çatıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İctimai birliklər və qadın təşkilatlarının daimi apardığı təbliğatlar nəticəsində zorakılığa məruz qalmış qadın müraciətlərinin sayı günü-gündən artır".

Bunu Axar.az-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zemfira Mustafayeva 2014-cü ildə Azərbaycanda qadınların məişət zorakılığına məruz qalma hallarının ötən illə müqayisəsini apararkən deyib.

Zemfira Mustafayeva heç bir kişinin insan qürurunun, ləyaqətinin təhqir olunmasını qadın qədər hiss etmədiyini, bunu qadın qədər yaşamadığını bildirib:

"Qadınlarımız daima məişət zorakılığına məruz qalırlar. Çox təəsüflər olsun ki, zorakılıqların sayı günü-gündən artır. Buna səbəb onların yaşam tərzi, sosial-iqtisadi vəziyyət, psixoloji basqılar, mənəvi zərbələrdir. Məişət zorakılığı dedikdə, məişət şəraitində bir şəxsin digər şəxsi öz nəzarəti altında saxlamaq üçün ona zərər verməsi başa düşülür. Təkcə 2013-ci il ərzində fiziki məişət zorakılığına məruz qalan qadınların sayı 3200-ü ötüb".

Zemfira Mustafayevanın sözlərinə görə bu rəqəm rəsmi müraciət edənlərin sayıdır:

"Müraciət etməyənlər daha çoxdur. 2014-ci ilin ilk iki ayında isə zorakılıq halları pik həddə çatıb. Bunlardan zorakılıq nəticəsində öldürülmə, sui-istifadə vəziyyətinə çatdırılma, müəyyən xətərlər yetirmə, şikəst edilmə kimi halları misal göstərmək olar. İctimai birliklər və qadın təşkilatlarının daim apardığı təbliğatlar nəticəsində zorakılığa məruz qalmış qadınların müraciətlərinin sayının günü-gündən artdığı müşahidə olunur".

Zemfira xanım bildirib ki, bir qadın təşkilatı olaraq məişət zorakılığına məruz qalan xanımlara müxtəlif sosial, psixoloji, hüquqi yardımlar göstərilir:

"Zorakılıq halları təkrar olunursa, qadınların sığınacaqda yerləşdirilməsi, qısa və uzun müddətli mühafizə orderlərinin təşkil olunması üçün icra hakimiyyətinə və məhkəməyə müraciət edirik. Təşkilatımızın nəzdində yaradılmış Qadın Krizis Mərkəzi məhz belə qadınların hüquqlarının müdafiəsi ilə məşğul olur".

Tarix
2014.08.16 / 15:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla