Buraxılış imtahanının nəticələri elan olundu
20:47
Ana səhifə Gündəm |
Xalq artisti, məşhur aktyor Ramiz Əzizbəylinin səhhəti kəskin pisləşib.
Bu barədə məlumatı Xalq artistinin yaxınları verib. Məlumatda qeyd olunur ki, R.Əzizbəylinin ayaqları tamamilə tutulub, yataq xəstəsinə çevrilib.
Onun təcili əməliyyata ehtiyacı olduğu, lakin bunun üçün maddi imkanının olmadığı da gələn xəbərlər sırasındadır.
O, yayılan xəbərləri Xalq artistinin özü də təsdiqləyib: "İflic vəziyyətindəyəm, gəzə bilmirəm, təcili əməliyyata ehtiyacım var".
Onun sözlərinə görə, ayaqları tamamilə tutulub: "Baxımsızlıq ucbatından əldən gedirəm".
R.Əzizbəyli müalicə və əməliyyat üçün maddi imkanının olmadığını da dilə gətirib: "Təqaüd də almıram ki, dava-dərmana verəm. Dövlətimi, dövlətçiliyimi sevirəm. Susmuşam, oturmuşam, gözləyirəm" (AzNews.)
Tarix
2014.01.17 / 12:12
|
Müəllif
Axar.az
|