Yuxarı

Mədəniyyət evi teatrın balansına verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Horadiz mədəniyyət evi əsaslı təmirdən sonra Füzuli Dövlət Dram teatrının balansına verilib.

Füzuli Dövlət Dram teatrından Axar.az-a verilən məlumata görə, ölkədə mədəniyyət evlərinin və teatr binalarının təmiri və yenidən qurulması çərçivəsində Horadiz şəhər mədəniyyət evi əsaslı təmir olunub. Təmirdən sonra binanın birinci mərtəbəsində Füzuli Dövlət Dram Teatrı, ikinici mərtəbəsində isə rayon Mədəniyyət və Turizm şöbəsi və onun tabeliyində olan qurumlar fəaliyyət göstərir.

Mədəniyyət evi ümumi sahəsi 1472 kvadratmetr olan ikimərtəbəli binada yerləşir. Nümayiş zalında 135 tamaşaçı yeri var. Burada Füzuli Dövlət Dram Teatrının daha rahat şəraitdə fəaliyyəti nəzərə alınıb. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu məqsədlə Horadiz mədəniyyət evini əmlakı ilə birlikdə Füzuli Dövlət Dram teatrının balansına verilməsi haqqında əmr imzalayıb.

Qeyd edək ki, 1989-cu ildə yenidən fəaliyyətə başlayan Füzuli Dövlət Dram Teatrı rayonun işğal edilməsindən sonra bir müddət Bakıda fəaliyyət göstərib. 2014-cü ildən isə teatr doğma torpağına qayıdaraq Horadizdə fəaliyyətini bərpa edib.

Tarix
2015.03.10 / 22:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla