Yuxarı

Xalq artisti ürəyindən əməliyyat olundu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, rejissor Vaqif Əsədov ağır ürək əməliyyatı keçirib.

Publika.az-a bu barədə rejissorun oğlu Oqtay Əsədov məlumat verib.

Onun sözlərinə görə, atası Naxçıvanda əməliyyat olunub. Hzırda atasının vəziyyətinin stabil olduğunu deyən O.Əsədov rejissorun reanimasiyaya köçürüldüyünü bildirdi: "Bazar günü atamın ürəyində ağır əməliyyat keçirildi. 7 saat 20 dəqiqə çəkən ağır əməliyyatda atamın beş tutulmuş damarı dəyişdirildi. Hazırda reanimasiyadadır. Atamın əməliyyatı üçün Bakıdan Neftçilər Xəstəxanasından da Rəşad və Seymur həkim Naxçıvana dəvət olundular. Hazırda atamın vəziyyəti stabildir. Bizimlə danışır. Palataya köçürüləndən bir həftə sonra evə buraxılacaq. İyirmi gün də evdə dincələcək. Dekabrın 20-də atam Bakıya qayıdacaq".

O.Əsədov onu da bildirdi ki, Vaqif Əsədovun ürəyində problemlər olsa da, onu hətta ailəsindən belə gizlədibmiş: "Atam dərdini içində çəkən adam olub. O heç vaxt ağrısını ətrafdakılara bildirməyib. Hətta ailəsi belə onun səhhətindəki narahatlıqlardan xəbərsiz idi. Atam iki dəfə ağır infarkt keçirib, ürək damarları tutulmuşdu. O özü istədi ki, ata yurdunda əməliyyat olunsun, oğlunun yanında. Buna görə də əməliyyat Naxçıvanda oldu. İnşallah, hər şey yaxşı olacaq".

Tarix
2014.11.11 / 12:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla