Yuxarı

Rusiyanın hərbçi heyəti Bakıda - Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da Bakıya rəsmi səfərə gələn Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin komanda heyətinin şəhərimizdə görüşləri başlayıb.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri qərargahında, Səbail rayon İcra Hakimiyyətində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub, bir sıra görüşlər keçiriblər.

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı I dərəcəli kapitan Şahin Məmmədov "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya səfərə gəlməsinin ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavab olaraq yerinə yetirildiyini vurğulayıb.

Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Valeri Smirnov görüş zamanı Azərbaycanın, xüsusilə Silahlı Qüvvələrimizin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. İki ölkənin Silahlı Qüvvələrinin əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirən V.Smirnov bu sahədə dövlətlərimizin başçılarının rolunu xüsusilə qeyd edib.

Səfər çərçivəsində qonaqlar paytaxtın görməli yerlərini gəzəcək, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq, dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.

Tarix
2014.10.16 / 19:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla